Şou-biznes

Sözünə əməl etməyən müğənni nələrlə "vidalaşdı" - FOTOSESSİYA

17 Aprel 2014 15:10
0 Şərh     Baxış: 2 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əgər bir qadın saçını dəyişirsə, demək ki, həyatını da dəyişəcək"

Milli.Az xəbər verir ki, səhnəyə gəldiyi gündən eyni obrazda olan gənc müğənni Afaq Aslan sözünə əməl etmədi. İfaçı "Heç vaxt qara saçlarımla vidalaşmaram" deməyinə baxmayaraq saçlarını boyadı. Afaq imici ilə yanaşı, şəxsi həyatını və repertuarını da dəyişir: "İstedadlı bəstəkar və hər kəsin yaxşı tanıdığı jurnalist Azər Nəsibovdan yay üçün mahnı aldım. Olduqca ritmik bəstədir. O mahnının hit olacağına iddialıyam. Ümumiyyətlə, repertuarımda xeyli dəyişiklik olacaq. Yeni mahnılar ifa edib, kliplər çəkdirəcəyəm. Hazırda yeni layihələr üzərində işləyirəm".

Koko Şanelin "Əgər bir qadın saçını dəyişirsə, demək ki, həyatını da dəyişəcək" deyimini əlində bayraq edən müğənni köklü dəyişiklikdən bəhs edir: "Saçımı heç vaxt dəyişməyəcəm demişdim. Amma, deyəsən, mən də şou-biznesin "qaydalarına" əməl edirəm. Deyilənin əksini edirəm (gülür). İndi daha cavan göründüyümü düşünürəm. Birdə ki, imicimdə mənim üçün riskli hesab olunan dəyişiklik sənətimdə stimul verdi mənə. Oxumaq, yaratmaq və yaşamaq istəyirəm. Bunun üçün də saçlarımla birgə köhnə və məni sıxan hər şeyə, hər kəsə "Vida" dedim".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.