Şou-biznes

Azərbaycanın ən zövqlü bəy və xanımını seçmək üçün müsabiqə başlandı - FOTO

17 Aprel 2014 14:00
2 Şərh     Baxış: 1 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizdə daha bir zövq yarışına start verildi

Milli.Az xəbər verir ki, "Secular Fashion Contest" adlanan bu yarışmanın seçim turlarına artıq start verilib. Bu haqda bizə layihənin rəhbəri və eyni zamanda High Life Fashion & Model Academy-nin baş direktoru Aqil Məmiyev açıqlama verib.

"Azərbaycanda hər zaman ilklərə imza atan "High Life Fashion & Model Academy"-nin yeni bir yeniliyi. İlk dəfə nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarında da keçirilməyən bir müsabiqəni sizlərin təqdimatınıza veririk. Artıq heç kimə sirr deyil ki, Azərbaycan milləti çox gözəl simaya və gözəl zövqə malikdir. Buna görə də millətimizin gözəlliyini daha çox qiymətləndirmək ücün bu zövq yarışmasını keçirməkdə qərarlıyıq. Müsabiqənin şərti adı "Secular Fashion Contest" yəni, "Zədaganlar modası" adlandırılacaq. Bu yarışmada hər həftə üçün ilk başlanğıc üçün 3 qız və 3 oğlan  müsabiqəçi bəy və xanım özünü sınaya bilər. Azərbaycanın hər bölgəsindən insanlara qapılarımız açıqdır. Bizim məqsədimiz nəinki böyük şəhərlərimizdə, həm də bölgələrimizdəki gözəl simaya və zövqə malik olan gəncləri önə çəkərək tanıtmaqdır.

Beləliklə "High Life Fashion & Model Academy"-nin ideyası və layihəsi olan "Secular Fashion Contest" yarışmasının startını verərək müsabiqədə iştirak etmək istəyən bəy və xanımlarımızın müraciətini gözləyirik. Ən çox bəyəni alan qız və oğlan iştirakçı həftənin qalibi hesab olunaraq növbəti tura keçəcək. Nəzərinizə çatdıraq ki, cəmiyyətin səs verməsindən əlavə, dəyərli münsif heyətinin də səs verməsi olacaq. Hər bir jüriyə verilən toplam 500 səsdən ibarət limit verilir.

Münsif heyəti 6 iştirakçı arasında bu səsi bölüşdürməlidir. Münsif səsverməsi müsabiqədə hər həftənin bazar günü hesablanır. Münsiflər səs verərkən iştirakçının qüsurlarını və bəyəndikləri detalları qeyd etməlidirlər. Hər həftə  təqdim olunan yeni bəy və xanım simalara səslər verilərək həftənin qalibi seçiləcək. Hər həftəlik davamiyyətli müsabiqəçilərlə paralel həftə qalibləri arasında hər ayın ən gözəl bəy və xanımı seçiləcək. Bütün bunlarla da yanaşı, hər ayın ən gözəl simaları arasından ilin ən gözəl simaları seçiləcək".

Layihənin münsiflər heyəti: Aqil Məmiyev, Anastasia Bern, Eldar Qulamov, Oksana Rzayeva, Ləman Əlizadə, Süleyman Tənaxirli və Aytac Ağacanovadır.

1-ci, 2-ci və 3-cü yerlər uğrunda mübarizə gedəcək. Müsabiqədə internet istifadəçilərinin səs verməsi ilə yanaşı, münsif heyəti də öz professional rəylərini bildirərək obyektivliyi təmin etmiş olacaq. Yekun müsabiqə isə çox möhtəşəm böyük konsert və efir vasitəsi ilə möhtəşəm zalların birində canlı yayımla həm TV, həm də internet vasitəsi ilə yekunlaşacaq. 1-ci yerin qalibinə 3000 manat pul və möhtəşəm tanıtım, 2-ci yerin qalibinə Fransaya 7 gecə 8 günlük full tur-paket, 3-cü yerin qalibinə isə 500 manatlıq geyim kartı təqdim olunacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.