Mədəniyyət

Valeriya: "Məni həmişə köhnə şəhər özünə çəkir" - MÜSAHİBƏ - FOTO

17 Aprel 2014 13:39
4 Şərh     Baxış: 1 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın xalq artisti, tanınmış müğənni Valeriya Day.Az saytının Lady Day.Az layihəsinə eksklüziv müsahibə verib. Müsahibədə müğənninin prodüseri və həyat yoldaşı İosif Priqojin də iştirak edib.

Milli.Az həmin müsahibəni ixtisarla təqdim edir.

- Valeriya, yubiley münasibəti ilə sizi təbrik edirəm...

- Təşəkkür edirəm. Heç vaxt yaşımı gizlətməmişəm. Nənəmin 100 yaşı var. Uzun ömürlülüyünün sirri dünyaya baxışındadır. İnsan özünü vacib hiss eləməyəndə qocalır. Sizin regionun ənənələrinə görə, insan nə qədər qocalırsa, ona daha çox hörmət qoyurlar. Bütün tədbirlərdə ən önəmli şəxs o olur. Ona "siz" deyə müraciət edirlər.

- Məlum olduğu kimi, siz şəhərimizin tez-tez qonağı olursunuz...

- Sonuncu dəfə ötən ilin dekabr atında burada olmuşam. Hər zaman bura gəlmək xoşdur. Yeni Bakıya artıq ikinci dəfədir ki, gəlirəm. Onu yeni adlandırıram, çünki çox dəyişib, daha da müasir olub. Çoxdan burada solo-konsertlə çıxış etmək arzusunda idim. Axır ki, bu il arzum gerçək oldu.

- Şəhərimizdə daha çox sevdiyiniz yerlər varmı?

- Köhnə şəhər daha çox xoşuma gəlir. Yüz dəfə orada ekskursiyada olmuşam. Yenə də ora məni özünə çəkir. Hər dəfə mütləq köhnə şəhərdə gəzməyə gedirik. Sonuncu dəfə orada yediyim düşbərə çox xoşuma gəldi. Uşaq kimi sevinirdim. Bu dəfə anamla, uşaqlarla köhnə şəhərdə gəzəcəyik.
 
- Bizim mətbəximiz barədə nə düşünürsünüz? Bir neçə gün ərzində kökəlməkdən qorxmursunuz?

- Göyərti qutabını çox sevirəm. Ət qutabını yeyə bilmərəm. Çünki demək olar ki, ət yemirəm. Ancaq bir dəfə istisna ola bilər. Həmin istisna isə dolma olacaq. Dolmanı kim sevmir ki?!

Müsahibənin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.