Şou-biznes

Günel: "Özümü toy biznesində görmürəm"

16 Aprel 2014 17:09
5 Şərh     Baxış: 4 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Günel Hümbətovanın TMB RU kanalında yayımlanması nəzərdə tutulan "Şərqin hiti" verilişi təxirə salınıb

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı, layihəni payızda reallaşdıracağını bildirib:

"Hazırlıqlar uzun çəkir. Düşündüm ki, artıq mövsüm başa çatır. Ən yaxşısı verilişi yeni mövsümdə yayımlamaqdır".

Bir müddət müğənni kimi fəaliyyət göstərmiş Günel şou-biznesdən uzaqlaşmağının səbəbini açıqlayıb:

"Müğənnilik bir həvəs idi. Sonradan gördüm ki, oxumaq mənlik deyil. Aparıcılıq mənə daha yaxın peşədir. İndi müğənnilərin işi toylardan pul qazanmaqdır. Özümü toyxanalarda görmək istəmirəm. Hətta məni toya aparıcı kimi çağıranda da imtina edirəm. Dövlət tədbirlərində, bəzi məclislərdə aparıcılıq etsəm də, toya getmirəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.