Şou-biznes

Azərbaycanlı müğənni Londonda ev almaq istəyir

16 Aprel 2014 16:03
3 Şərh     Baxış: 2 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Türkiyədə yaşayan müğənni İradə İbrahimova səyahəti çox sevdiyini etiraf edib

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi İstanbulda yaşamağın onun uşaqlıq arzusu olduğunu deyib:

"Səyahəti sevməyən yoxdur. Amma bunu hər dəqiqə reallaşdırmaq olmur. İş həyatı və ya büdcə buna imkan vermir. Amma biz sənət adamları bəzən belə imkanlar əldə edirik. Türkiyə mənim ikinci vətənimdir. Etiraf edim ki, çox ölkələri gəzsəm də, İstanbulda yaşamaq çoxdankı arzum olub. Bu da reallaşdı. Bütün ömrüm boyu İstanbulda yaşasam, doymaram. Avropanı, Amerikanı dolaşmışam. Orada həyat tamam başqadır. Həmin ölkələrdə siqnal səsi eşitmək mümkün deyil".

Müğənni, eyni zamanda Londonda ev almağı arzuladığını da bildirib:

"Londonu çox sevirəm. Orada yaşamağa dəyər. Büdcəmiz imkan verəndə Londondan ev alacam".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.