Şou-biznes

Fərdanın verilişi bağlandı

16 Aprel 2014 14:47
3 Şərh     Baxış: 1 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yumor ustası Fərda Xudaverdiyevin ANS telekanalında yayımlanan "Formula 3" adlı verilişinin yayımı dayandırılıb.

Bu haqda Axşam.az saytına aktyor özü məlumat verib. O, verilişin tələb olunan reytinqi yığmadığını bildirib:

"Hazırda telekanallarda reytinq məsələsinə daha çox fikir verilir. Bizim veriliş ANS-in istədiyi nəticəni vermədi. Əvvəldən razılaşdığımız şərtlərə əməl olunmadı. Məndən verilişin quruluşunu dəyişməyimi istədilər. Amma onu edə bilməzdim. Onların istədiyi gülüş forması bizi uçuruma aparır. Mənim yumora baxışım fərqlidir. Bizdə isə bunu az adam qəbul edir. Mənim verilişimdəki yumor ciddiliyi sevir. ANS-də iki veriliş də yayımlanacaq, çünki onları əvvəlcədən çəkib hazırlamışıq. Ondan sonra fərqli verilişlə başqa telekanalda efirə çıxacam".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.