Şou-biznes

Röyanın qardaşı Türkiyədə konsert verəcək - FOTO

16 Aprel 2014 14:29
6 Şərh     Baxış: 2 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanlı məşhur müğənni Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov Türkiyə səhnəsində çıxış etməyə başlayıb. Anspress-ə müsahibə verən gənc ifaçı maraqlı və iddialı açıqlamaları ilə marağa səbəb olub. İsmayıl bildirib ki, İstanbulda təhsil alması ilə yanaşı olaraq həm də müğənnilik edir. Təhsil aldığı universitetdə hər il yay aylarında səhnəyə çıxaraq tələbələrin qarşısında çıxış edir:

"Bu artıq adi hala çevrilib, həm öz universitetimdə, həm də digərlərində bəzən bütün musiqi qrupumla, bəzi hallarda isə gitaramı əlimə alıb mahnılar ifa edirəm. Bizim çıxışlarımız hər kəs tərəfindən bəyənilir. Bir çox layihələrimiz var, İnşaallah, yavaş-yavaş hamısını yerinə yetirəcəyik".

Gənc ifaçı yeniliklərindən danışdığı məqamda bildirib ki, may ayında İstanbulda yerləşən böyük səhnələrdən birində konsert verəcək. O bildirib ki, adını hələ açıqlamaq istəmədiyi məşhur türk ifaçısı ilə danışıqlar aparılır, əgər yerinə yetərsə, onun konsertində də səhnə alacaq.

Müğənnilikdə iddialı addımlarla irəliləməyi planlayan İsmayıl vaxtı gələndə ana vətəni Azərbaycanda da tanınacağını güman edir: "İnşallah, hər şey yaxşı olacaq. Vaxtı gələndə gözəl Azərbaycanım mənim də səsimi eşidəcək. Amma hələ ki, özümü tam hazır hiss etmirəm. Bunun üçün üzərimdə çox işləyirəm".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.