Şou-biznes

Öküz də aparıcı Mətanətlə bacara bilmədi - VİDEO - FOTO

16 Aprel 2014 13:50
Baxış: 1 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öküz də aparıcı Mətanətlə bacara bilmədi.

Bu həftə "Texno Park"ın "Ulduzla yarış" rubrikası öküz yarışı ilə yadda qaldı. Verilişindəki qonaqlara maraqlı suallar yağdıran aparıcı Mətanət xanımı "Texno Park" əməlli-başlı yordu. Texnologiya ilə heç də arası olmayan aparıcı avtomobildənsə öküzə minməyi üstün tutdu.

Öküz ilindən olan odlu-alovlu, enerji dolu Mətanət xanımla keçən bu yarışma yaddaşınızdan heç vaxt silinməyəcək. Öküzlə sonadək mübarizə aparan Mətanət, görəsən, sonda qalib gələ bildimi?

Bütün bunlar və başqa yeniliklərdən xəbərdar olmaq istəyirsinizsə, aprelin 19-u səhər saat 10:30-da ATV kanalında yayımlanan "Texno Park"a baxın.

İnformasiya dəstəyimiz Milli.Az və Day.Az saytlarıdır.

Verilişi eləcə də daytube.az video.day.az/user-1032-da izləyə bilərsiniz.

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.