Şou-biznes

Mətanət İsgəndərlini Ramalın toyunda ağlatdılar: "Keçmişinizi, deyəsən, unutmusunuz"

15 Aprel 2014 17:58
40 Şərh     Baxış: 12 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazpəri xanım Dostəlıyeva və Könül Kərimovanın hansı hərəkəti Mətanət İsgəndərlinin ağlayaraq toyu tərk etməsinə səbəb oldu?

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, dünən Ramalın toyunda məşhur xanım sənətçilər arasında insident yaşanıb. Eyni masa ətrafında yer alan Mətanət İsgəndərli, Nazpəri DostəliyevaKönül Kərimova arasında baş verən bu xoşagəlməz hadisə şəkil üstündə yaşanıb.

Belə ki, Nazpəri xanım Dostəliyevanın Könül Kərimovaya onunla şəkil çəkdirməsini istəməsi, həmin masa arxasında əyləşən digər xanım sənətçi Mətanət İsgəndərlinin onlardan inciməsinə səbəb olub. "Mənlə niyə şəkil çəkdirmirsiniz" deyə soruşan Mətanət xanımla digər iki xanım sənətçi arasında söz davası yaranıb. Bu olaydan gözləri dolan Mətanət İsgəndərli "Keçmişinizi, deyəsən, unutmusunuz. Hamınızın yadına salaram" deyərək gözüyaşlı şəkildə toyu tərk edib.

Xatırladaq ki, son günlər Mətanət İsgəndərlinin "narkoman" olduğu iddiası gündəmdən düşmək bilmir.

Adıçəkilən fotonu sizə təqdim edirik.

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.