Şou-biznes

Nadir Qafarzadə Mətanəti canlı yayımda pərt etdi - FOTO

14 Aprel 2014 16:21
36 Şərh     Baxış: 18 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az show.az-a istinadən bildirir ki, bu gün "Gündəlik" verilişində qonaq olan Nadir Qafarzadə aparıcı Mətanət Əliverdiyevanı canlı efirdə pərt edib. Dalbadal Nadirə sual verən aparıcı ona danışmağa imkan verməyib.

Durub əyləşdiyi divanın arxasında gizlənən müğənni qəfildən belə bir ifadə işlədib. "Adamın sənin kimi arvadı olmasın. Öldürərsən adamı. Allah eləməsin."

Bu sözlərdən pərt olan aparıcı incikliyini gizlətməyib: "Nə olub e, elə hamı üstümə düşüb. Biri deyir Mətanət kimisə yıxdı, biri deyir, divanı aşırdı, bu biri də deyir, adamın sənin kimi arvadı olmasın".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.