Şou-biznes

İlham Mirzəyevin tutulmasında Elgiz Əkbərin əli var?

14 Aprel 2014 11:30
24 Şərh     Baxış: 13 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əgər İlham Mirzəyev həbsdə olmadığı vaxt bu barədə fikirlərimi soruşsaydınız, onda çox şey danışardım"

Bu sözləri "axar.az"a "Adam içində" verilişinin aparıcısı, telejurnalist Elgiz Əkbər öz verilişinin 06.02.2014-ci il tarixli yayımında İlham Mirzəyev haqqında dediyi sözlərə münasibət bildirərkən dedi.

E.Əkbər qeyd edir ki, mənim indi deyəcəyim bütün sözlər yıxılana balta vurmaq kimi başa düşüləcək:

"Saytlar bu məsələdə bir qədər qabağa gedib İlhamın həbsində mənim əlimin olduğunu yazırlar. Bu, tamamilə yanlış fikirdir. İndi İlham haqqında deyəcəyim sözlər çox pis səslənər. Buna görə məni qınaya da bilərlər. Onsuz da yıxılana balta vuran çox olur. Mən də nələrsə danışsam, çox ayıb olar".

Onun sözlərinə görə, aralarında yaranmış mübahisənin səbəbkarı İlham Mirzəyev özüdür:

"Bu mübahisəni İlham Mirzəyevin özü başlayıb. O öz verilişində proqramım və mənim ünvanıma atmacalar atmışdı. Mən də öz proqramımda onunla bağlı fikirlər səsləndirdim. Ancaq mən onun haqqında danışsam da, adını çəkməmişəm. Bu hadisə olub fevral ayının 6-da. Üstündən nə qədər vaxt keçib. Ona qarşı irəli sürülən ittihamların mənimlə heç bir əlaqəsi yoxdur. Sabah Elgiz Əkbər də bir yanlışlığa yol versə, qanun qarşısında cavab verəcək. Onda da deyəcəklər ki, Elgiz Əkbəri İlham Mirzəyev həbs etdirdi. Bu absurddur".

Qeyd edək ki, ANS TV-dəki "Adam içində" verilişinin aparıcısı Elgiz Əkbər fevralın 6-da proqramında dələduzluq maddəsi ilə həbs edilən İlham Mirzəyev haqqında fikirlər səsləndirmişdi.

Xatırladaq ki, İ. Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Bildirib ki, İ. Mirzəyev vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq tutulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.