Tanınmış teleaparıcı Samirə Mustafayevanın Milli.Az-a müsahibəsi.
- Aparıcı olmaq qərarını necə verdiniz?
- Aparıcı olmağım mənim həyata keçən ilk arzumdur. Çox çətinliklə olsa da, şükürlər olsun ki, bu alındı.
- Özünüzü başqa hansı sahələrdə təsdiqləyə bilərsiniz?
- Daha böyük bir arzum var. Hansı ki, aparıcı olmaqdan qat-qat daha tez yaranıb məndə. Daha dəqiq desəm, bu, mənimlə birlikdə doğulan bir istedaddır. İnşallah, böyük planlarım var. Əgər aparıcı olmasaydım, modelyer-rəssam olardım.
- Efirdə çıxılmaz vəziyyətə düşdüyünüz anlar olub?
- Xəbər efiri canlı olduğuna görə heç kim çıxılmaz vəziyyətlərdən sığortalanmayıb. O qədər belə hallar olub ki. Sadəcə olaraq, bu vəziyyətdən çıxış yoluna hazır olmaq lazımdır. Yaxşı yadımdadır, bir dəfə yay vaxtı studiyaya yekə bir milçək girmişdi. Fırlandı, fırlandı, sən demə, fırlanaraq gəlib başımda da oturubmuş (gülür).
- Dəyişmək istədiyniz, amma dəyişə bilmədiyiniz nədir?
- İnsanlara qarşı olan münasibətimi dəyişmək istəyirəm. Hərdən mən də bir qədər soyuqürəkli olmaq istəyirəm.
- Özünüzə nəyi rəva görmürsünüz?
- Bu çətin sual oldu. Həyat çətindir. Yaşadıqca anlayırsan. Amma sən saydığını say, gör, fələk nə sayır, deyiblər. Heç nədən sığortalanmaq olmaz.
- Bir valideyn kimi övladınız üçün nə etmisiniz, yaxud bir övlad kimi valideyninizin borcunu az da olsa, verə bilmisinizmi?
- Övlad valideyn üçün nə qədər çalışsa da, onun borcunu ödəyə bilməz. Öz təcrübəmdən deyəcəm: anam mənə zəng edir ki, qızım, necəsən? Mən də zəng vurub qızımın necə olduğunu soruşuram. Böyüdükcə yavaş-yavaş valideyn qucağından ayrılıb öz övladımıza qucaq açırıq. Çox qəribədir, yəqin ki, övladı qorumaq instinkti anada daha çox olur.
- Sizin fikrinizcə, sizi sizin kimi tanıyırlar?
- Mənim görünməyən tərəfim yoxdur. Səmimiliyim mənə uğur qazandırdı.
- Üstünüzdə nəzər çoxdur?
- Nəzərə, caduya, əmələ inanmıram. Hətta üzərlik filan nə özüm yandırmışam, nə də övladımı qoymuşam. Allahın nəzəri üzərimdədirsə, bu, mənə yetər.
- Hal-hazırda Allahdan nə istəyirsiniz?
- Yaxınlarımı Allah mənə çox görməsin. Atamın nəvazişini nadir hallarda hiss etmişəm. Mən böyüdükcə, atam da yaşlandıqca daha çox yaxınlaşa bilirəm ona. Amma heç də valideynlərimin yaşlanıb övlad köməyinə ehtiyac duymaqlarını istəmirəm. Necə ki, qızıma dedim, sən böyüyüb ali məktəbə daxil olacaqsan. İşləyəcəksən, yekə qız olacaqsan. Soruşdu ki, bəs sən? Dedim ki, mən qocalacam, sən də mənə baxacaqsan. Bir də gördüm ki, uşaq hönkürtüylə ağlayıb deyir ki, ana, mən böyümək istəmirəm. İndi uşağın sözü olmasın, deyəsən, mən də çox tez böyüdüm.
- Sizdə alınmayan nədir?
- Alınmayan məqamlar çoxdur. Özümü biləndən öz üzərimdə çalışıram. İnsan öyrəndikcə kamilləşir.
- Hislərinizin ağlınızı üstələdiyi məqamlar olub?
- Hisslərimə qulaq asıb ağlımla hərəkət edirəm. Amma bəzi məqamlarda ağıl zəif olur.
- Kölgənizdə qalanlar var?
- Deməzdim ki, var. Hamı öz yerindədir.
- Əvvəlcədən bilsəydim ki... Bu fikri necə tamamlamaq istərdiniz?
- Bu sualın yerinə qoyulacaq cümlələr çoxdur...
Cavidan Abdullayev
Milli.Az
Şou-biznes
Tanınmış azərbaycanlı teleaparıcı: "Nəzərə, caduya, əmələ..."
22 Aprel 2014 02:00
9 Şərh
Baxış: 3 674
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Dörd kəndin qaytarılması xəbəri Qazaxda sevinclə qarşılandı - FOTO
- Sarımsaq-limon qarışımı ilə 21 gündə xəstəliklərdən xilas olun
- Hikmət Hacıyev COP29-dan danışdı: "Cəsarətimizin təcəssümüdür" - FOTOlar
- Pişiyin yaşadığı evdə bu 3 şeyi etməyin: Peşman olacaqsınız
- Bu bürcün qızları pis sevgili olur – Astroloqların İDDİASI
- Azərbaycanda stadionda qorxulu anlar yaşandı - VİDEO
- 50 yaşlı Bekhem açıq-saçıq geyimdə poza verdi
- Rusiya ilə münasibətlərdə problem var
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- Bakıya qarşı provokativ suala İran səfirinin cavabı
- Ərdoğan təsdiqlədi: Ərbilə səfər edəcək
- Rusiya müharibəyə bu gün son qoya bilər - G7
- Sloveniyadan vətəndaşlarına İranla bağlı xəbərdarlıq...
- Könül Həsənova icra başçısının müavini təyin olundu
- "Hudutsuz sevda"ya vida etdi - FOTO
- Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”
- ÇL-də həftənin ən yaxşısı açıqlandı
- Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
- Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı
- Ermənistanın ərazisi İranın daha “qırmızı xətti” deyil? – Səfir
- Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov
- Venesiya Biennalesində Azərbaycan pavilyonu açıldı
- Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir
- Erməni tağım komandirinin müavini öldü