Şou-biznes

Türkiyəli müğənnidən xain iddia

23 Fevral 2014 11:32
103 Şərh     Baxış: 7 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərin: "Mən yaşadığım müddətdə "Çırpınırdı Qara dəniz" ''Sarı Gəlin" olmayacaq"

Türkiyənin məşhur sənətçisi olan Uğur İşılak "Çırpınırdı Qara dəniz" mahnısının bir erməni bəstəkarının əsəri olduğunu iddia edib. Milli.Az anspress-ə istinadən xəbər verir ki, məşhur ifaçı Azərin isə ifa etdiyi mahnının erməni bəstəsi olması barədə Uğur İşılakın iddialarına Türkiyə mətbuatı vasitəsi ilə cavab verib.

Azərin türkiyəli müğəninin səhv etdiyini və səhvindən dönməli olduğunu bildirib. Azərin "Çırpınırdı Qara dəniz " mahnısının bəstəkarının dahi Üzeyir Hacıbəyov, sözlərinin isə böyük şair Əhməd Cavada məxsus olduğununu qeyd edərək deyib: "Bu mahnı axivlərdə və sənədlərdə mövcuddur. Mən yaşadığım müddətdə "Çırpınırdı Qara dəniz" mahnısı ''Sarı Gəlin" olmayacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.