Şou-biznes

Günel Ələkbərova qəzəbləndi: "Onu yazanın özüdür..."

6 Noyabr 2013 15:37
24 Şərh     Baxış: 8 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Günel Ələkbərova özü barəsində son günlər yayılan xəbərlərə cavab verir:

Milli.Az aznews.az-a istinadən müsahibəni təqdim edir.

- Günel, deyirlər xristianlığı qəbul etmisiniz. Doğrudur?

- Bu məlumatlar məni dəli eləyir. Onu yazanın özüdür xristian. Əlhəmdülillah, mən müsəlmanam. Dinim haqqında kimsə bir söz deyə bilməz. Sübutum da var: evimdə də, maşınımda da "Quran" saxlayıram.

- Əməliyyat olunmağınızla bağlı deyilənlər də yalandır?

- Yox, bu, yalan deyil. Əməliyyat olunmuşam. Amma bununla bağlı da hərə bir söz deyir. Mən əməliyyat etdirib, dodaqlarımdakı silikonu çıxartmışam. Amma gah yazırlar burnumu əməliyyat etdirmişəm, gah da yazırlar üzümü. Mənə zəng etmədən bu fikirləri yazmaq olmaz.

- Bəs deyirdiniz öz dodaqlarımdır, mən sliikon etdirməmişəm?

- Yox, sadəcə, söz-söhbətlərdən bezmişdim. Əsəbiləşib yalandan dedim öz dodaqlarımdır. Bir də ki, dodaq mənimdir özüm bilərəm nə edərəm. Mən müğənniyəm daim şarmlı, gözəl görünməliyəm. Bir də ki, mahnılarım qalıb üst -başımdan, dodaqlarımdan, şəkillərimdən danışırlar. Amma bir şeyi etiraf edim ki, uşaq olmuşam. İndiki ağlım olsaydı, heç bir vaxt nə o şəkilləri çəkdirərdim, nə də ki, dodaqlarımı silikon etdirərdim.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.