Şou-biznes

Azərbaycanlı teleaparıcı ana olub - FOTO

22 Oktyabr 2013 12:01
5 Şərh     Baxış: 5 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2006-cı ildə Türkiyə vətəndaşı ilə ailə qurmuş tanınmış azərbaycanlı jurnalist Ayşə Kərimova nəhayət bu günlərdə ana olub. Modern.az-ın məlumatına görə, onun qızı dünyaya gəlib.

Ayşə Kərimova ailə qurduqdan sonra 2006-cı ildə İstanbula köçüb və hazırda da orada yaşayır. Jurnalist kimi "Yeni Müsavat" qəzetində jurnalist fəaliyyətinə başlayan A.Kərimova sonralar "7 Gün" və "İmpuls" qəzetlərində çalışıb.  Televiziya jurnalistikasına "İnternyus"un hazırladığı və ANS-də yayımlanan "Güzgü" proqramıyla başlayıb.

1999-cu ildən etibarən "Space" telekanalında fəaliyyətə başlayıb və Gənclər departamenti nəzdində efirə çıxan 30-dan çox TV layihəsinin altında imzası durur. Ən populyar layihələri, müəllifi və aparıcısı olduğu "Çardaq" (gənclər üçün proqram), "Açıq qapı" (içtimai-sosial tok-şou), "Qadın saatı" (gender proqramı) idi. İREX-in  Regional Televiziyaların inkişafı layihəsi çərçivəsində istehsal etdiyi "Kəsişmə Nöqtəsi" proqramı da onun həyata keçirdiyi layihələrə daxildir. 

Ötən il isə "Xəzər" telekanalı ilə əməkdaşlıq edərək bu TV-də veriliş aparıcısı olub.
Ayşə Kərimovanın həyat yoldaşı Doğaner Gönen də jurnalistdir, "Hürriyet" qəzetində yazı işləri müdiridir.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.