Şou-biznes

Doğum günü olan müğənni: "Yaşım rəqəm olaraq çoxaldıqca, içimdəki enerji artmağa başlayır"

21 Oktyabr 2013 15:10
10 Şərh     Baxış: 1 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, bu gün əməkdar artist Tünzalə Ağayevanın doğum günüdür.

Səbəbkar doğum günündə modern.az-ın suallarını cavablandırıb.

- Tünzalə xanım, öncə sizi təbrik edirik. Maraqlıdır ilk təbriki kimdən aldınız?

- Ad günümü ilk olaraq, ailəm, valideynlərim, övladım, yaxın dostlarım təbrik edir. Bir ənənə var. Öncə yaxın dostlar, sonra dəyərli tamaşaçılar, media nümayəndələri müxtəlif vasitələrlə mənə təbriklərin çatdırırlar. Hər biri sağ olsun.

- Ad gününüzü necə qeyd edəcəksiniz?

- İndiyə kimi heç vaxt təmtəraqlı ad günü keçirməmişəm. Hətta səfərdə, konsertlərdə keçirdiyim ad günüm də olub. Bu gün də ad günümü evdə dostlarla, yaxınlarla qapalı şəraitdə keçirəcəyəm. Çünki xasiyyətimdə təmtəraq sevmək yoxdur. Amma bəzən hiss edirəm ki, gələcək ad günülərimdən birini daha geniş çərçivədə keçirmək istərəm. Maraqlı bir gün keçirmək niyə də olmasın?

- Kimdənsə xüsusi təbrik gözləyirsinizmi?

- Elə adamam ki, xüsusi kaprizlərim yoxdur. Ailəmdən və sevdiyim insanlardan nəsə uma bilərəm. Amma xüsusi nəsə olmasa, özümü pis hiss etməmək kim bir şey yoxdur.

- Yaşa dolduqca kompleks hiss edirsinizmi?

- Yox, yox. Hər yerdə çox rahat deyirəm ki, 1976-cı ildə anadan olmuşam, bu gün 37 yaşım tamam olur. Amma sağlam həyat tərzi sürdüyümdən çox adam bu yaşı mənə vermir. Bu normaldır, insan hər yaşını yaşamalıdır.

- Yaşlanmaqdan qorxmurusnuz ki?

- Qətiyyən. Əksinə, yaşım rəqəm olaraq çoxaldıqca, içimdəki enerji çoxalmağa başlayır. Sanki gənclik enerjisi doğulur məndə yenidən.

- Özünüzə edəcəyiniz hədiyyə var?

- Mənim hədiyəm yeni yazacağım mahnı ola bilər ki, onun üzərində işləyirəm. Bu gün bir neçə dəyərli dostlarımın-müğənni Xəyyam Nisanovun, teleaparıcı İlkin Həsəninin, bəstəkar İsa Məlikovun da ad günüdür. Onları da təbrik edirəm. Bu insanlar əzizlərimdir, xətirlərini çox istəyirəm. Bütün mənə gələn təbrikləri, arzuları, diləkləri onlara da arzulayıram.

- Yaradıcılıqda nə yeniliklər var?

- Böyük Hüseyn Cavidin sözlərinə yazdığım "Gülbahar" adlı mahnını radiostatsiyalara vermədən çox böyük ajiotaja səbəb oldu. İnternetdə bu qədər baxılmasını gözləmirdim. Bütün tamaşaçılar sağ olsun. Hələ ki bu mahnının dönəmini gözləyəcəyəm. Ondan sonra blyuz janrında yenə bir lirik mahnı düşünürən. Mart ayında yaza uyğun templi bir mahnımız da olacaq.

Böyük layihələrimizdən biri noyabrın sonunda Ankarada Ankara Caz Simfonik Orkestri ilə baş tutacaq. Bu orkestrlə Ankarada konsertimiz olacaq. İnşallah yaxınlarda bununla bağlı geniş açıqlama verəcəyəm.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.