Şou-biznes

Xatirə İslamın yalanı üzə çıxdı

18 Oktyabr 2013 19:44
13 Şərh     Baxış: 9 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xatirə İslamın yalanı hamını təəccübləndirdi

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, müğənni xanımın oğlunun adı Yusifdir. Lakin o, "Ümid Var" verlişində açıqlama verərək oğlunun adının "E" hərfi ilə başladığını deyib. Onu da qeyd edək ki, Xatirə az öncə oğlunun adını Yusif adlı seyidin adı şərəfinə qoyduğunu da demişdi.

Xatırladaq ki, bir neçə gün bundan öncə müğənni Xatirə İslamın mediayaya verdiyi açıqlama hamının təəccübünə səbəb olmuşdu. Evli olan xanım müğənni yeni sevgilisinin adının "E" hərfi ilə başladığını açıqlayıb:

"Sevgilimin adının yalnız baş hərifini deyə bilərəm - E. Pərəstişkarlarımı çox intizarda qoymayacağam, yaxınlarda yeni sevgilimi hamı görəcək. O, indi mənim yanımda olmasa da, bir az keçsin, hamı onu tək mənim yanımda görəcək".

Bu məsələ ilə bağlı "Ümid Var" verilişində açıqlama verən müğənni bildirib ki, "E" hərfi ilə onun övladının adı başlayır:

"E" ilə mənim övladımın adı başlayacaq. Mən bunu nəzərdə tutub demişəm. Ancaq qara caamat məni səhv başa düşüb".

Xatirə İslamın əvvəlcə belə müəmmalı açıqlama verib, sonradan insanları, Azərbaycan xalqını "qara camaat" adlandıraraq təhqir etməsi "insanların narazılığına səbəb olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.