Şou-biznes

Natavan Həbibi həmkarlarını iki üzlü adlandırdı - FOTO

17 Oktyabr 2013 15:10
17 Şərh     Baxış: 5 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Natavan Həbibi həmkarları ilə bağlı açıqlama verib

Milli.Az xəbər verir ki, müğənni axşam.az-ın müxbiri ilə söhbətində hər zaman düz danışdığını vurğulayıb. O, özünü digər həmkarlarından ikiüzlü olmamaqla fərqləndirib:

"Müğənnilər danışdıqlarımı düzgün başa düşmürlər. Mən heç vaxt yalan danışmamışam. Başqaları kimi ikiüzlü oyun aparmamışam. Kiminsə ünvanına söz demişəmsə, onun adını çəkmişəm. Heç bir sənətçinin arxasınca danışmamışam. Məhz elə bu xasiyyətimə görə, sənətçilər məni çox istəməlidirlər. Özümdən yaşca balaca olan müğənnilərin ünvanına bəzi sözləri demişəm, təhqir etmək üçün yox, məsləhət mənasında. İstədikləri vaxt onlara məsləhət verməyə hazıram. Yaşda məndən kiçik olanları özümə bacı bilirəm".

Biznesindən danışan Natavan toylara getmə qiymətini də açıqlayıb:

"Mənim üçün sənətdən pul qazanmaq önəmli deyil. Öz biznesimdən kifayət qədər gəlirim var. Ona görə də ancaq yarım saatlıq razılaşıram. Üstəlik, hər dəvəti qəbul etmirəm. Saytlar yazır ki, Natavan 2000 manata toya gedir. Amma bu, yalan söhbətdir, mən yarım saatı 4 min manata gedirəm. Hər zaman da hörmətlə qarşılanıram. Bütov toy qəbul etmirəm, özümü yormaq istəmirəm".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.