Şou-biznes

Tanınmış azərbaycanlı modelin yeni avtomobili - FOTOSESSİYA

17 Oktyabr 2013 11:31
3 Şərh     Baxış: 3 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış azərbaycanlı model Züleyxa Akçurina yeni avtomobil alıb.


Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, Akçurina bu dəfə Mazda CX-5 modelinə üstünlük verib.

Özünü ideal sürücü adlandıran Züleyxa avtomobilini xeyli tərifləyib:

""Mazda" ən sevdiyim markadır. Çox əlverişli maşındır. Yol gedərkən bütün funksiyaları mənə rahatlıq verir. Ən əsası isə ekonomikdir. Bakı yolları üçün bundan əlverişli avtomobil olduğunu düşünmürəm. Uzun müddət "Mazda" istifadə edəcəyimə əminəm. Özümü çox ideal sürücü hesab edirəm. Mənim kimi  peşəkara da ancaq belə maşın yaraşar".

Cazibədar model deyib ki, avtomobili sürətli idarə etməyi sevmir:

"Mümkün qədər qaydalara riayət edirəm. Avtomobil xarab olanda ilk yardım göstərmək bacarığım yoxdur. Həmin andaca usta yanına qaçıram. Bircə maşına su doldurmağı bilirəm".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.