Şou-biznes

Müğənni bacılardan prodüserə sərt ittihamlar: "O, bizim pulumuzu mənimsəyib"

16 Oktyabr 2013 17:48
1 Şərh     Baxış: 3 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bəli, biz Təranə xanımla ayrılmışıq, o, bizdən deyil, biz ondan ayrılmışıq"

"Şarm" qrupunun üzvləri olan Ofeliya Flora Kərimova bacıları prodüserin ünvanına ittihamlarla çıxış ediblər. Milli.Az Anspress-ə istinadən onların açıqlamasını təqdim edir.

Xatırladaq ki, bir neçə gün öncə prodüsser Təranə Səmədovanın bacılar haqqında söylədiyi fikirlər onları  yaman narahat edib. Bu barədə Movqe.az-a açıqlama verən "Şarm" qrupu Təranə Səmədovadan özlərinin ayrıldıqlarını iddia ediblər:

"Öncə onu bildirmək istəyirik ki, bu haqda danışmaq istəmirdik, bu məsələni qayda-qanunla həll edəcəkdik. Amma sözsüz ki, cavabsız qalmaq fikrimiz də yoxdur! Bəli, biz Təranə xanımla ayrılmışıq, o, bizdən deyil, biz ondan ayrılmışıq. Təranə xanımın bizim üstə şükür ediləsi bir işi olmadı. 4 ay ərzində o, bizim pulumuzu mənimsəyib və o pulun qarşılığında heç bir iş görmədi. Biz 7 il ərzində kifayət qədər tanınmışıq. ATV telekanalında yayımlanan "Yeni Ulduz" və "Qrup nömrə 1" layihələrində iştirakımız olub. Əgər bizə təlabat olmasaydı, o, bizimlə çalışmazdı. Biz onun dediyi kimi tanınmamış bir qrup idiksə, bu bir prodüser olaraq onu təsdiqləyir ki, o xanım "prodüser" adını layiqincə doğrulda bilməyib. Biz ona bir mahnı deyil, bir neçə mahnının pulunu qazancımızdan ayırmışıq. Sadəcə, Təranə xanım o pulları bizim işimizə deyil, öz şəxsi işlərinə sərf edib. Bizim addımımız deyil, onun addımı bizi əsəbləşdirib"

Bu müddət ərzində prodüserin çox saylı pulsuz toy və tədbirlərinin ardı-arası kəsilmədiyini deyən gənc qızlar etirazlarını bildiriblər.

"Nədənsə bizim son günlər pulsuz tədbirlərə getməməyimiz onda qıcıq yaradırdı. Bizim bu pulsuz tədbirlərə ehtiyacımız olmadığından və onun bir prodüser kimi bizim piar işlərimizlə məşğul ola bilmədiyindən və eyni zamanda bir neçə müğənni ilə çalışdığından məhz biz bu iş birliyinə son qoyduq! Bizim Təranə ilə işbirliyimiz vaxtımızı və pulumuzu aldığından sənətimizdə durğunluq yarandı", - deyiblər.

"Şarm" qrupu bu yaxınlarda yenilikləri ilə fanatlarını sevindirəcəklərini bildiriblər.

"Bir prodüserin bir müğənnidən ayrılmağı müğənninin haqsız olduğunu deyə bilər. Amma bir prodüsserin bir neçə müğənni ilə ayrılığı artıq onu bildirir ki, problem müğənnidə yox, elə məhz prodüserin özündədir!" - deyiblər.

Xatırladaq ki, prodüsser Təranə Səmədova bir neçə gün əvvəl "Şarm" qrupu haqqında Geccə.az-a bunları bildirib: "Şarm qrupundan öz istəyimlə ayrıldım. Çünki heç bir yerdə tanınmayan bir qrupla işləmək heç də asan deyil. Onların tanınmaqları üçün Pərviz Mahmudovdan, Aynur Adilqızından mahnılar almışdım. Vokal müəllimi belə tutmuşdum".

Prodüsser Təranə bildirib ki, qrupdan ayrılmasının səbəbi qrup üzvlərinin naşükürlük etməsi olub: "Mən naşükür insanları sevmirəm. Efirə çıxmaqlarına az qalmış atdıqları bu addımı isə qəbul etmədim və ayrıldım".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.