Şou-biznes

Nadir Qafarzadə qurban kəsdi: "Toyunu idarə etdiyim bir bəy..." - FOTO

15 Oktyabr 2013 12:20
3 Şərh     Baxış: 3 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın tanınmış müğənnisi Nadir Qafarzadə dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibəti ilə qurban kəsib


Təəssüratını Milli.Az-la bölüşən müğənni bu günün əhəmiyyətindən söz açaraq, müsəlman xalqının bayramını təbrik etdi: "Hər il bu bayramı sevə-sevə qeyd edirəm. Bu müqəddəs gün münasibəti ilə bütün müsəlman dünyasının Qurban bayramını təbrik edirəm. Allah hər bir ailəyə ruzi-bərəkət və can sağlığı versin. Artıq bir neçə saat olar ki, qurbanlıq qoçlar kəsdirib, evə gəldim. Səhər saatlarından bu gün münasibəti ilə bir neçə ailəyə baş çəkdim. Köməkçimə də tapşırdım ki, kəsdiyim qurbanlıqdan bir neçə ailəyə də göndərsin".

N.Qafarzadə daha sonra bildirib ki, Qurban bayramı münasibəti ilə ona hədiyyələr və bayram sovqatları da göndəriblər: "Artıq ötən gündən hədiyyələr qəbul edirəm. Bir neçə tanış insan və özəl şirkətlərdən bayram sovqatı göndəriblər. Hətta toyunu idarə etdiyim bir bəy də mənə qurbanlıq qoç hədiyyə edib. Əlbəttə, bütün bu diqqətlər məni sevindirməyə bilməz. Bu diqqəti mənə ayıran insanlara dərin minnətdarlığımı bildirirəm".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.