Şou-biznes

Eldar Qasımov: Hər şey bir telefon zəngindən başladı - FOTO

15 Oktyabr 2013 09:30
0 Şərh     Baxış: 2 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Eurovision- 2011" mahnı müsabiqəsində Azərbaycana qalibiyyət gətirən Eldar Qasımov "The one" adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.
 
Axşam.az-ın məlumatına görə 1 ay ərzində ərsəyə gələn klipin rejissorluğunu Ceyhun İbrahimoğlu edib. Bu barədə danışan müğənni ilk dəfə olaraq işini yerli rejissora həvalə etdiyini deyib:

"Hər zaman ukraynalı rejissorlara müraciət etsəm də, Ceyhun İbrahimoğlu ilə olan işbirliyimiz də kifayət qədər uğurlu alındı. İstəyərdim ki, tamaşaçılar və məni sevənlər də klipi bəyənsinlər". Klipdə hər şey bir telefon zəngindən sonra başlayır. Ekran əsərində Eldarı "Nero" rəqs qrupu, aktrisalar ElElya müşayiət ediblər. Ekran əsəri artıq bir neçə gündən sonra İsveçrə, Rusiya və Avropa kanallarında da yayımlanacaq. Təqdimata məşhurlardan Oksana Rəsulova və "Qurd" ləqəbli repçi Fərid də qatılıblar.

Təqdimatdan sonra söz verildiyi kimi müğənni fanatları ilə görüşüb və avtoqraf verib. Tədbirdə müğənninin pərəstişkarları onunla bol-bol şəkil də çəkdiriblər.

Xatırladaq ki, ifaçı tezliklə "Canım" mahnısına çəkdirdiyi klipi də təqdim edəcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.