Şou-biznes

Namiq Qaraçuxurlu yuxusuz gecələrinin və zəifləməsinin səbəblərini açıqladı - FOTO

14 Oktyabr 2013 18:20
4 Şərh     Baxış: 2 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyxanaçı Namiq Qaraçuxurlu tədbirlərin birində fotokameramızın obyektivinə tuş gəlib

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçinin arıqlaması diqqət çəkib. Namiq buna iş çoxluğunun və yuxusuzluğun səbəb olduğunu deyib:

"Son vaxtlar işlərimin çoxluğundan istirahət edə bilmirəm. Bütün gün çəkilişlərə, şənliklərə qaçıram. Bu arada idmanla da məşğul oluram. Axşam saat 6-dan sonra çörək yemirəm. Əgər harasa qonaq gedirəmsə və orada çox yeyirəmsə, dərhal o kalorini yandırmaq üçün idman edirəm. Bu aralar gecə səhərə kimi normal yuxu yata bilmirəm. Bu da çəkimin azalmasına səbəb olur".

Meyxanaçı təşkilatçı Nahid Emiloğlu ilə barışmalarından da danışıb:

"Nahid efirdə dedi ki, Namiq zarafat edir, aramızda narazılıq yoxdur. Amma, doğrudan, aramızda problemlər var idi. Sonuncu konsertimdən sonra bir az fikir ayrılığı olmuşdu. Lakin biz küsülü deyilik, danışırıq".

Namiq 2014-cü ildə solo konsert verəcək. Bu konserti üçün isə o, təmtəraqlı şəkildə hazırlaşır. Meyxanaçı buna görə xüsusi ssenari hazırladığını bildirib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.