Şou-biznes

Azərbaycanlı müğənniyə gecələr rahatlıq verməyən nədir?

14 Oktyabr 2013 17:08
2 Şərh     Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Elariz Məmmədoğlu yeni albom təqdim edib
Milli.Az xəbər verir ki, müğənni Elariz Məmmədoğlunun yeni buraxdığı albomdakı mahnıların sözləri və musiqiləri özünü aiddir.

Bu barədə əməkdaşımıza açıqlamasında müğənni özü deyib:

"Bu qədər mahnının özüm tərəfindən hazırlanmasına məni nə maddi durum, nə də ki başqa bir şey məni vadar etməyib. Sədəcə olaraq, hər bir incəsənət insanı, yəni bünövrəsi düzgün, savadlı insan tək oxumaq ilə kifayətlənməməlidir.

Bu musiqilər mənə gecələr rahatlıq vermirdi, yəni bədahətən gəlirdi mənə bu musiqilər. Ona görə də sonra mən bunarı nota köçürdüm. Sonra yenə də bədahətən bunlara uyğun məndə sözlər yarandı və aranjman etdirəndən sonra ortaya ona yaxın bir mahnı çıxdı.

Mən hərtərəfli yaradıcı bir insanam. Müğənni var rəqs edə bilir, eləsi də var ki edə bilmir. Amma məndə bunların hamısı gənc vaxtlarımdan var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.