Şou-biznes

"İlhamə xanım "imperator" adını mənə verib" - YENİLƏNİB

14 Oktyabr 2013 16:57
8 Şərh     Baxış: 2 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mənə dedi ki, ay imperator, gəl səninlə bir duet oxuyaq"


16:57


Müğənni Vasif Məhərrəmlinin özünə "imperator" deməsi digər sənətçiləri bərk əsəbiləşdirib.

Axşam.az-ın məlumatına görə, V.Məhərrəmlini qınayanlardan biri də müğənni Cavanşir Məmmədov olub. O, Vasifin "imperator" titulunun ona məxsus olduğunu iddia edib:

"Bir neçə dostumuz məclislərin birində Vasifə "imperator" deyib. İndi həmin müğənni də hər yerdə deyir ki, şou-biznesin imperatorudur. İmperator olmaq üçün gərək səni dövlətin, xalqın tanısın. "İmperator" titulunu İlhamə Quliyeva mənə verib. Firuzə İbadova da buna şahiddir. Oğlunun toyunda mənə dedi ki, "Ay imperator, gəl səninlə bir duet oxuyaq". Amma mən heç yerdə, nə toylarda, nə də başqa yerdə istəməmişəm ki, məni "imperator" deyə çağırsınlar. Bu sözü İlhamə xanımdan yadigar saxlayıram. Sözün qiyməti günü-gündən artır".

----------
14:14


"Yarım əsrlik sənətkarın hüququ çatmır ki, ürəyinə yatan sənətkara ad versin? Təbii ki, bunların hamısı qeyri-rəsmi adlar, titullardır. Rəsmi adları dövlət başçısı verir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu xalq artisti İlhamə Quliyeva ANS TV-nin "Günəbaxan" verilişinin canlı yayımına telefonla qatılaraq deyib. Vasif Məhərrəmliyə "İmperator" titulu verdikdən sonra tənqid olunan xalq artisti ittihamlara belə cavab verib: "Mənim dediyim fikirlər ki, bu imperatordur, bu toylar kralıdır - qeyri-rəsmidir. Amma qəbul olunur. Mənim sözüm ötkəmdir.

Mən üçtaclı sənət nümayəndəsiyəm. Bununla bağlı sənədim də var. İndi hamı mənə baxıb başına tac qoyur. Beynəlxalq sənətçi titulum da var. Yəni rəsmi titullarım var. Amma indi hər yerindən duran özünə kraliça deyir. Cavanşir və Vasif də imperator tituluna layiqdirlər. Dediyim kimi mənim verdiyim titulların hüquqi əsası yoxdur. Amma qəbul olunur.

Bu da o deməkdir ki, mənim sözüm keçərlidir, qəbul edilir. Çox ayıb bir şeydir ki, belə bir yaxşı məsələni şişirdib mənfi təqdim etsinlər. Burada nə var ki, mən deyirəm Cavanşir toylar kralıdır, Vasif imperatordur. Hər kəsin öz yeri, öz mərtəbəsi var".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.