Şou-biznes

Aygün Kazımovaya "Hürrəm sultan" təklifi

6 Oktyabr 2013 12:27
21 Şərh     Baxış: 6 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti Aygün Kazımova haqda indiyədək bilinməyən maraqlı məqam ortaya çıxıb.
 
Axşam.az xəbər verir ki, müğənni bir neçə il öncə Türkiyənin "Star TV" kanalında yayımlanan "Muhteşem yüzyıl" serialına çəkilmək üçün təklif alıb.

Serial hələ yayıma başlamamışdan Hürrəm Sultan obrazı məhz Aygün Kazımovaya təklif olunub. Təklif "STAR TV"nin rəhbərliyi tərəfindən gəlib. Belə ki, kanalın ovaxtkı rəhbəri Faruk Bayhan Aygün Kazımova və onun eks-meneceri, "Best Model of the World" yarışmasının prezidenti Erkan Özərman ilə bu rol barədə danışıqlar aparıb. Hətta sənətçinin ekran işi üçün geyimlərini azərbaycanlı modelyer Leyla Əhmədova hazırlayacaqmış. İşbirliyinin alınmamasına səbəb isə filmin "Star TV" ilə anlaşmasının baş tutmaması olub. Belə ki, serial ilk olaraq "Show TV" tərəfindən çəkilməyə başlayıb.

Xəbəri Aygün Kazımova özü də təsdiqləyib. O, həmin ərəfədə bu barədə mətbuata açıqlama verdiyini bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.