Şou-biznes

Vəfa Zeynalova: "Ailəmin bu məsələlərə qarışdırılmasına razı deyiləm" - FOTO

11 Sentyabr 2013 10:41
23 Şərh     Baxış: 6 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erotik səhnə görüntüləri ilə ictimaiyyətin müzakirə obyektinə çevrilən aktrisa Vəfa Zeynalova ailəsi barədə danışanlara və yazanlara mesaj göndərdi.


Əməkdar artist anspress-ə açıqlamasında sənətinin şəxsi həyatı ilə qarışdırılmamasını tələb etdi:

"Sənətimlə bağlı bütün tənqidləri qəbul edirəm. Amma müzakirə olunarkən ailəmin, şəxsi həyatımın bu söz-söhbətlərə qarışdırılmasını qətiyyən istəmirəm və tələb edirəm ki, bir daha heç bir mətbu orqan mənim şəxsi həyatımdan, ailəmdən yazmasın. Kimsəyə bu ixtiyarı vermirəm. Yenə də deyirəm, sənətimlə bağlı təhqir deyil, tənqid edə bilərsiz. Amma heç bir halda ailəmin bu məsələlərə qarışdırılmasına razı deyiləm!"


Aktrisa müzakirə olunan erotik səhnə ilə bağlı artıq danışmaq istəmədiyini dedi: "O səhnədə bir qadın yox, sənət zorlanırdı..."

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.