Şou-biznes

Azərbaycanda məşhur müğənninin ailəsi dağılır

10 Sentyabr 2013 16:49
24 Şərh     Baxış: 14 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Son vaxtlar mətbuatda əməkdar artist Lalə Məmmədovanın həyat yoldaşından boşanması ilə bağlı yayılan məlumatların ardı-arası kəsilmir

Press24.az bildirir ki, tanınmış müğənninin ikinci dəfə ana olmağa hazırlaşması barədə xəbərdən sonra da bu söz-söhbətlər səngimədi.

Həm Lalə xanımı, həm də onun həyat yoldaşı İlham bəyi yaxından tanıyan, hər ikisi ilə dostluq edən, evlərinə gediş-gəlişi olan bir insan kimi eşitdiyim xəbərlərə qətiyyən inanmamışdım. Nümunəvi ailə kimi tanıdığım bu cütlükdən məsələ ilə bağlı nəsə soruşmağa tərəddüd edir, bəlkə də çəkinirdim. Amma eyni zamanda həqiqəti bilmək istəyirdim. Beləcə, uzun götür-qoydan sonra sonunda yayılan xəbərlərlə bağlı hər ikisinin fikrini öyrənmək qərarına gəldim.

Düzünü desəm, telefonun dəstəyini qaldırıb zəng vuranda da böyük hörmət hissi bəslədiyim bu insanlardan "Boş söz-söhbətdir danışırlar" cavabını eşidəcəyimə əmin idim. Ta ki Lalə xanımdan bu üzücü sözləri eşidənədək: "Bu haqda çox danışmaq istəmirəm. Bircə cümlə ilə cavab verəcəyəm. Mənim sevdiyim bir ifadə var - Allah heç kimin ağlını başından almasın".

Yayılan xəbərləri müğənninin həyat yoldaşı İlham bəy də təsdiqlədi. Amma onun Lalə xanımdan ayrılmağa hələ qəti qərar vermədiyini eşidəndə çox sevindim. Ayrılıqlarının səbəbini o, belə izah etdi: "Səbəb nə ola bilər?! Təbii ki, şou-biznes və Lalənin ətrafında olan şou-biznes nümayəndələri. Amma hələ qəti qərar verilməyib. Boşanmaq üçün rəsmi ərizə ilə məhkəməyə müraciət etməmişəm. Lalə ana olmağa hazırlaşır. Belə bir həssas dönəmdə onu incitmək istəmirəm. İnşallah, Yeni il ərəfəsində övladımızı dünyaya gətirəcək. Ondan sonra baxarıq. Kim bilir, bəlkə barışdıq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.