Şou-biznes

Bakıda akademikin müğənni nəvəsini güllələmək istədilər - VİDEO - FOTO

10 Sentyabr 2013 16:17
68 Şərh     Baxış: 13 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Publik.Az-ın "Ulduzlu axşam"ın qonağı, gənc müğənni Afaqdır.

Cazibədarlığı ilə şou-biznesdəkilərə meydan oxuyan, naz-qəmzəsi ilə kişilərin ağlını başından alan Afaq. Gəlin onu daha yaxından tanıyaq:

"Anam deyir ki, sən oğlan olmalıydın, qız oldun"

- "Ulduzlu axşam"da "ulduz" sözünə münasibətini bilmək maraqlı olardı?

- Ulduzlar göydə olur, amma son vaxtlar göydə ulduz qalmayıb, hamısı yerə enib deyəsən (gülür).

- Bəs bu ulduzların içində sənin yerin hardadır?

- Yerimi heç bir müğənni ilə müqayisə etmək istəməzdim.

- Ulduz həyatı yaşayırsan?

- Ulduz deyəndə ki, öz həyatımı yaşayıram.

- Mənə çox maraqlıdır, axırıncı dəfə bazar-dükana nə vaxt getmisən?

- Bir il olar ki, dükan-bazara getmirəm. Amma evə bazarlıq etməyi çox sevirəm. Uşaqlıqdan anamı heç vaxt bazara getməyə qoymamışam. Evdarlığı sevirəm, amma "ulduzluq" həyatına başlayandan sonra evdarlığa vaxtım qalmır. Özü də meyvənin, tərəvəzin yaxşısını-pisini tez seçənəm. Anam deyir ki, sən oğlan olmalıydın, qız oldun.

- Yaxşı, deyə bilərsənmi, kartofun qiyməti neçəyədir indi?

- Yox, yalan demiş olaram.

- Bəs çörək?

- 40 qəpik.

- Qiymət "öldürməyi" bacarırsan?

- Qiymət endirməyi bacarmıram, əksinə məni görən qiyməti qaldırır.

- Pulun qalığını alırsan?

- Əvvəllər olurdu, amma indi qalığı götürməyə utanıram. Çünki üzümə elə baxırlar ki, qalıram belə.

"Ulduz olandan bəri sevgi etirafları beşqat artıb"

- Üstündə çox pul gəzdirirsən?

- O qədər də yox, adətən pulum kartda olur. Amma nəğd də götürürəm.

- Bəlkə göstərəsən, kisəndə nə qədər pul var?

- 200 manat və 100 dollar... (göstərir - C.S). Bunlar gündəlik, xırım-xırda tələbatım üçündür. Bir də görürsən, mağazada vitrində nəsə xoşuma gəlir, alıram.

- Bax indi səndən müsahibə götürürəm, qıraqdan hamı dayanıb sənə baxır. Bu səni sıxmır ki...

- Yox, gözələ baxarlar də...

- Birdən kimsə sənə yaxınlaşıb, eşq elan etsə, reaksiyan necə olar?

- O sevgi etirafları çox olur, odur ki, sakit qarşılayaram.

- Telefonuna çoxmu mesajlar gəlir?

- Həddən artıq. Əvvəllər də sevgi mesajları alırdım, amma müğənni kimi fəaliyyətə başlayandan sonra bu etiraflar beşqat artıb.

"Gizlin zənglərə cavab vermirəm"

- Bəs zəng edib, açıq şəkildə eşq elan edənlər olurmu?

- Qapalı zənglərdən olur, amma artıq gizlin zənglərə cavab vermirəm.

- Səni ən çox təəccübləndirən mesajı kimdən almısan?

- Sosial şəbəkələrdə məndən telefon nömrəsi istəyənlər olur, deyirəm ki, şəxsi nömrəmi heç kimə vermirəm. Hardansa nömrəmi tapıb, zəng ediblər mənə, bundan çox təəccüblənmişəm.

- Axırıncı mesajı nə vaxt, kimdən almısan? Bəlkə mənə oxuyasan?

- İnan ki, mesajları oxuyandan sonra silirəm, bir dənə də olsun, mesaj saxlamıram.

- Niyə?

- Belə vərdiş etmişəm artıq. Amma deyə bilərəm ki, bu günlərdə bir mesaj aldım. Yazırdı, o qədər sevirəm ki, sənin üçün dünyanı yenidən yaradaram. Cavab yazdım ki, nə demək istəyirsən? Yazdı ki, səni çox sevdiyimdən hər şey edərəm sənin üçün. Bu, məni çox təəccübləndirdi.

"Qadına əyilməyən kişiləri sevirəm"

- Maraqlıdır, sənin ideal kişi obrazın necədir?

- Qadına əyilməyən kişiləri sevirəm. Amma qarşıma çıxan kişilərin hamısı qabağımda diz çökməyə hazırdır. Belə kişilər mənim üçün maraqsızdır. İstəyirəm mən kişinin qarşısında güzəştə gedim.

- Elə biri varmı?

- Hələ yox. Elə birisi olsaydı, yəqin ki, həyatıma girərdi artıq.

- Bəs zahiri görünüşcə necə birisini sevərdin?

- Əsas odur ki, boyu boyuma yaraşan olsun. Bədəni də idmançılarınkı kimi... Amma məsələ burasındadır ki, mənə yaxınlaşanların çoxu balacaboylu kişilərdir, bu da mənim xoşuma gəlmir. Yanımdakı kişi boyca məndən balaca olanda özümdə kompleks hiss edirəm. Bir də mənə həyəcan verən kişinin baxışlarıdır.

- Bəs kişinin pullu olması sənin üçün önəmlidir?

- Ailəsinə lazım olacaq qədər pulu olmalıdır. Durub kişini mən saxlayası deyiləm ki... Amma dəlicəsinə vurulsam, onun pullu, ya kasıb olması mənim üçün heç bir əhəmiyyət daşımaz.

"O kişinin ailəsini dağıtmaqdan qorxuram"

- Evli kişiyə vurulmaqdan qorxmursan ki?

- Çox qorxuram.

- Niyə?

- Xaraktercə eqoistəm və paylaşmağı sevmirəm. O kişinin ailəsini dağıtmaqdan qorxuram. Buna görə evli kişiylə münasibət qurmaqdan qaçmışam.

- Belə hal olub yəni?

- Olub, amma yol verməmişəm. Vaxtilə ailəsindən ayrılmış bir kişi mənə vurlumuşdu, amma mən ondan qaçdım. Çünki o qadınla yenidən barışa da bilərdi. Bir də ki, subay oğlanlarımıza nə gəlib ki, evlilərə vurulum.

- Səni nə kompleksə sala bilər?

- Köklük. Özümü kök təsəvvür edə bilmərəm.

- Ana olanda bəs neyləyəcəksən?

- Yəqin ki, heç kimin gözünə görünmərəm. Kamera qarşısına isə, ümumiyyətlə, çıxmaram. Amma uşaqlarla oynamağı çox sevirəm, hətta mənə elə gəlir ki, hələ böyüməmişəm. Gələcəkdə də əkiz övladımın olmasını çox arzulayardım. İstərdim özüm kimi qara qızlarım olsun.

- Pəhriz saxlayırsan?

- Yox. Ümumiyyətlə, şirin şeylərdən - tort, dondurma, şokoladdan qaçıram. Limon dəlisiyəm.

- Qonaq getməyi, qəbul etməyi sevirsən?

- Yox, çünki vaxtım olmur buna. Həm də qohumlarımızın çoxu rayondadır.

- Rayondakı qohumların müğənni olmağına ağız büzmür ki?

- Əvvəllər qohumlarımızdan təşviş keçirənlər, qısqanclıq üzündən ata-anama təsir etmək istəyənlər oldu. Dedilər ki, qız uşağıdır, gözəl-göyçək qızdır, müğənnilik etməsin. Amma valideynlərim sənətə həvəsli olduğumu görüb onlara məhəl qoymadılar.

"Sevgisinə cavab verməmişəm, məni hədələyib"

- Xəyanətə xəyanətlə cavab verərdin?

- Yox, o adamı həyatımdan silərdim. Elə bu, ona ən böyük zərbə olardı.

- Gözəlliyin başına bəla olmayıb ki?

- Olur. Ümumiyyətlə, qadın var ki, çox gözəldir, amma qarşı cinsdə heç bir həyəcan yaşatmır. Yəni seksi, çəkici deyil. Qadın da var, əksinə gözəl deyil, çəkicidir. Mənə də hər zaman cazibədar və seksual xanım deyiblər. Gözəl xanımları əldə etmək istəyən kişilər çox olur. Görəndə ki, qadını əldə edə bilmirlər, ona hədə-qorxu gəlməyə başlayırlar.

- Olub yəni belə şeylər?

- Kiminsə sevgisinə cavab verməmişəm, məni hədələyib ki, səni güllələyərəm. Şükür ki, bu reallaşmayıb.

- Evdarlığın necədir?

- Qəşəng yeməklər bişirirəm. Bütün növ dolmaları hazırlayıram. Yalnız plov bişirməyi bacarmıram.

- Səni haldan çıxarsalar, ən sərt reaksiyan necə olar?

- Acılayaram, kobud sözlə o insanın qəlbini qıraram.

- Romantiksən?


- Çox. Tələbə vaxtı aşiq olduğum oğlanı gözləmək üçün qapı ağzında gözləmişəm. O oğlan sonralar əsgərliyə getdi, dedi ki, qayıdanda nişanlanarıq. Sənətə başım qrışdı, unutdum onu.

- Qadın qısqanclığı ilə necə, qarşılaşırsanmı? Adətən xanımlar özlərindən gözəli həzm edə bilmirlər?

- O qədər qarşılaşıram ki... Bir də görürsən sosial şəbəkələrdə mənim haqqımda yazırlar: "Bunun nəyi gözədir e, başdan-ayağa silikondur. Kişilər isə əksinə, həmişə mənim gözəlliyimə heyran olublar".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




 


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.