Şou-biznes

Azərbaycanlı müğənni 11 kilo arıqladı - FOTO

10 Sentyabr 2013 13:48
3 Şərh     Baxış: 7 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xatun ötən gün tədbirlərin birinə baş çəkib.


Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçinin xeyli arıqlaması diqqətdən yayınmayıb.

Pəhriz sirlərini bizimlə bölüşən Xatun xanımlara öz məsləhətlərini verib:

"Ciddi pəhriz saxlamıram. İdmanla məşğul oluram, məşqlərə gedirəm. Müəyyən prosedurlar var ki, onu qardaşım Balaş mənim üçün etdirir. Yeməyimi bir az azaltmışam. Çörəyi lavaşla əvəzləyirəm. Şokoladı çox sevirəm. Mənim kimi şirniyyatdan əl çəkə bilməyən xanımlara məsləhət görürəm ki, bədənlərinin şəkər ehtiyacını xurma və kişmişlə təmin etsinlər. Bütün yeməklərdə zeytun yağından istifadə edirəm. Gündəlik qida rasionumda mütləq qreypfrut, portağal, limon və ananas olmalıdır".

Xatunun sözlərinə görə, bu üsulla 11 kiloqram artıq çəkidən xilas olub:

"Əvvəl 79 kiloqram idim. İndi 68 kiloqram olmuşam. Həyatda görünüşümdən razı olsam da, efirdə narazıyam. Qardaşım deyir ki, 5 kiloqram da arıqlamalısan, efirdə kök düşürsən. Birdən-birə arıqlamaq isə olmaz. Çünki 30 yaşdan sonra saçlar tökülməyə başlayır. Bunlara fikir verməliyəm. Sağlamlıq daha önəmlidir".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.