Şou-biznes

Zaur Baxşəliyev xanımının "xəstəliyindən" danışdı - YENİLƏNİB

10 Sentyabr 2013 12:46
50 Şərh     Baxış: 61 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:46

Ötən gün mediada aparıcı Zaur Baxşəliyevin həyat yoldaşı Günayın vəziyyətinin pisləşdiyi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.

Axşam.az saytına açıqlama verən Zaur xəbərlərin yalan olduğunu bildirib:

"Günayın səhhətində heç bir problem yoxdur. Mən və həyat yoldaşım heç bir sosial şəbəkədən istifadə etmirik.
Saxta bir profildə yazılmış rəydən xəbər düzəltmək yanlışdır. O məlumatı yazan müxbirə demək istəyirəm ki, getsin halal yolla pul qazansın.
Günay çox yaxşıdır, evdə qızımızın yanındadır. Mənsə hazırda çəkilişdəyəm.

Çox sağ olun ki, siz məlumatı mənbədən dəqiqləşdirib verirsiz".

---------
09:10

Məşhur aparıcı Günay Baxşəliyeva xəstəxanaya yerləşdirilib. Anspress-in verdiyi xəbərə görə, bu barədə onun həyat yoldaşı Zaur Baxşəliyev özünün Facebook hesabında məlumat paylaşıb.

"Günay neçə gündür pisdir. Naxoşlamışdı. Özü də çox pis. Heç öz ad günündə də yaxşı deyildi. İndi isə xəstəxanaya yatızdırıblar. Allah köməyi olsun!"

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.