Şou-biznes

Azərbaycanlı prodüserlər rəqqaslara qarşı: bir şəkil ortalığı qarışdırdı

9 Sentyabr 2013 13:52
3 Şərh     Baxış: 1 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Prodüser Tolikin sosial şəbəkədə paylaşdığı foto qalmaqala səbəb olub.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, şəkildə müğənni Günay İbrahimlinin səhnədə etdiyi rəqs hərəkətinin təkrarçılıq olduğu əks edilib. Belə ki, sənətçi Sevda Yahyayevanın da bir il əvvəl konsertində eyni hərəkətləri nümayiş etdirdiyi ortaya çıxıb.

Tolikin paylaşdığı bu fotonun altından müxtəlif rəylər yazılıb. Onlar arasında ən diqqətçəkən isə Günayın keçmiş prodüseri Təranə Səmədovanın sözləri olub:

"Əslində bu daha çox rəqqasların günahıdır. Bilmirəm, eyni rəqqaslardı, ya müxtəlif... Əgər həminkilərdisə, iki ayrı müğənni üçün eyni rəqsi qurmamalı idilər. Yox, başqa qrupdursa, onda öz işlərinə daha peşəkar yanaşmalıydılar, yeni rəqs qurmalıydılar.
Ən əsası isə səhnədə liderlik edən müğənnini keçən il mən Sevda Yahyayevanın konsertinə aparmışdım. Bir il elə də böyük vaxt deyil, unudasan ki, Sevda artıq bu rəqslə öz performansını nümayiş etdirib. Bu artıq müğənninin və komandasının öz işinə səhlənkar, qeyri-ciddi və qeyri-peşəkar yanaşmasıdır. Bu isə təcrübəsizlikdən irəli gəlir".

Tolik isə bunları əlavə edib:

"Bu nə Sevdanın, nə də Günayın günahıdır. Bu bizim rəqqasların adlarını "rəqqas" qoyub, yalandan ortalığa düşməyidir. Bizdə rəqqas deyəndə ancaq üç qrup tapırsan. Hamı da eyni rəqqaslara müraciət edir.

Sevda ilə Günay düşmən deyillər. Amma bunu yazırlar, istər-istəməz arada soyuqluq yaranır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.