Şou-biznes

Azərbaycanlı müğənni beynəlxalq festivalın qalibi oldu - FOTOSESSİYA

9 Sentyabr 2013 14:20
3 Şərh     Baxış: 1 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı müğənni, vokalçı Aqşin Abdullayev beynəlxalq etnik, folklor və vokal festivalı olan "Vostoçnıy bazar"ın qalibi olub.


Milli.Az-ın verdiyi məlumata görə, təmsilçimiz 24 iştirakçı arasında ən yüksək bal toplayıb.

Qeyd edək ki, festivalın münsiflər heyəti sırasında populyar azərbaycanlı müğənni Roza Zərgərli və "Vostoçnıy bazar-2012" qran-prisinin sahibi Cəlal Abbasov olublar. Roza Zərgərli festivalın qala-konsertində canlı ifa ilə çıxış edib.

"Vostoçnıy bazar" Şərqi Avropanın ən məşhur festivallarından biridir. Festival Ukrayna Mədəniyyət Nazirliyinin patronajı altında keçirilir.

Festivalı canlı yayımda TRT-Avaz СТБ (Белоруссия), ГТРК "Крым", ТНВ Курай-ТВ Ariana, BRT, Journal TV kanallarında nümayiş olunub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.