Şou-biznes

Flora Kərimova düşdüyü qəzadan danışdı - YENİLƏNİB

9 Sentyabr 2013 11:51
4 Şərh     Baxış: 9 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

09.09.2013
11:51


Lent.az-ın əməkdaşı xalq artisti Flora Kərimova ilə əlaqə saxlayıb. O, da bildirib ki, qəza olub, amma qolunun qırılması xəbəri yalandır:

"Mən hazırda evdəyəm. Dünəndən bir çox mətbuat işçiləri mənə zəng edirlər. Mən öz maşınımla olmamışam. Sadəcə, tanışımızın maşını ilə gedirdik, bir də gördüm ki, qarşıdan bir maşın üstümüzə gəlir. Elə həmin anda mən dərhal qızım Zümrüddən yapışdım. Çox şükür, heç bir şey olmadı. Çünki maşın bizim avtomobilə toxunan kimi, şarlar açıldı. Bildirmək istəyirəm ki, hazırda hər şey öz qaydasındadır. Sadəcə, bu xəbəri şişirdiblər".

-----------------
08.09.2013
23:27


Xalq artisti Flora Kərimova ağır avtomobil qəzasına düşüb.

Milli.Az AzNews.az-a istinadən məlumatına görə, hadisə bu gün saat 17-18 radələrində Masazırdan Novxanıya gedən istiqamətdə, Duz gölünün yaxınlığında baş verib.
 

Hadisə şahidlərinin sözlərinə görə, maşını Xalq artistinin rəfiqəsi idarə edib. Qəza o qədər ağır olub ki, F.Kərimovanın qolu qırılıb. Maşın isə istifadəyə yararsız vəziyyətə düşdüyündən hadisə yerindən evakuasiya xidməti vasitəsi ilə aparılıb.

Bazar günü olduğundan rəsmi qurumlardan xəbəri dəqiqləşdirmək mümkün olmayıb. Hadisə yerində olan polis əməkdaşları əvvəlcə qəzanın baş verdiyini təsdiqləsələr də, daha sonra hadisə yerinə gedən AzNews.az əməkdaşının suallarını cavablandırmaqdan imtina ediblər.
 

Hətta bu barədə xəbərin mətbuatda işıqlandırılmamasını xahiş ediblər.

Xalq artisti Flora Kərimova qəza hadisəsinin baş vermədiyini deyib. Ancaq Xalq artistinin yorğun və xəstə olduğu səsindən bəlli olub.

Hadisənin təfərrütları barədə sabah- sentyabrın 9-da geniş məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.