Şou-biznes

Zeynəb Xanlarovanı məhkəməyə verən türk kimdir?

7 Sentyabr 2013 09:30
0 Şərh     Baxış: 2 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın xalq artisti, millət vəkili Zeynəb Xanlarovanı məhkəməyə verən və hazırda aralarında qalmaqal yaşanan Türkiyə vətəndaşı Seyfi Azərioğlu haqqında yeni məlumatlar yayılıb.
Belə ki, Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Kültür Mərkəzinin sədri Cemal Mehmethanoğlu publika.az-a açıqlamasında bildirib ki, S.Azərioğlu İzmirdə heç bir Azərbaycan Kültür Dərnəyinin sədri deyil: "Bu günlərdə Azərbaycan mətbuatında bir yazı oxudum.

Orada Seyfi Azərioğlu İzmirdə Azərbaycan Kültür Dərnəyinin başqanı olaraq özünü təqdim edib. Hazırda İzmirdə 3 Azərbaycan dərnəyi var. Biri mənim rəhbərlik etdiyim Azərbaycan Kültür Mərkəzi Dərnəyi, ikincisi başqanı Turqut Arat olan Azərbaycan Kültür Evi Dərnəyi, üçüncüsü isə Umut Aydının rəhbərlik etdiyi Azəri Türkləri Kültür və Dayanışma (həmrəylik-red) Dərnəyidir. Bu dərnəklərdən başqa hər hansı bir Azərbaycan dərnəyi mövcud deyil. Bildiyim qədər də, Seyfi Azərioğlu bu üç dərnəyin sədri olmadığı kimi, İdarə Heyətlərinin üzvü deyil. Hətta heç bir dərnəyin adi üzvü belə deyil".

Qeyd edək ki, Zeynəb Xanlarovanın dəvəti ilə ölkəmizə gələn Türkiyə vətəndaşı Seyfi Azərioğlu ilə xalq artisti arasında  qalmaqal  yaranıb. Qalmaqal Zeynəb Xanlarovanın Amerikada planlaşdırılan konsertlərinin xalq artistinə viza verilməməsi səbəbindən baş tutmamasından sonra ortaya çıxıb. Hazırda hər iki tərəf bir-birini işgüzar nüfuzuna ziyan vurmaqda ittiham edərək bunun müqabilində dəymiş ziyana görə təzminat tələb edir.

S.Azərioğlu Azərbaycan mətbuatına özünü İzmirdə Azərbaycan Kültür Dərnəyinin sədri kimi təqdim edib. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.