Şou-biznes

Müğənni Rəqsanə: "Hüquq fakultəsinə daxil olmuşam" - MÜSAHİBƏ - FOTO

6 Sentyabr 2013 16:33
24 Şərh     Baxış: 5 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Populyar müğənni Rəqsanə İsmayılova bü gün Ans TV-nin "Günə Baxan" proqramının qonağı olub.

İfaçı verilişdən sonra Anspress-in suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Rəqsanə xanım, ilk diqqətimizi çəkən əlinizin sarığlı olması oldu. Nə baş verib?

- Elə bir böyük hadisə baş verməyib, sadəcə əlimi bıçaqla zədələmişəm.

- Təbrik edirik tələbə adını qazanmısınız.

- Bəli, universitetə daxil olmuşam. Moskvada hüquq fakultəsində təhsil alacam.

- Bəs nəyə görə məhz hüquq?

- Oyy, bu çox maraqlı sualdır. Başıma gələnlərdən artıq hüquqşunas dərəcəsinə çatmışam. Sizi inandırım ki, "Cinayət Məcəlləsi" kitabını artıq əzbər bilirəm. Bu peşəyə marağım çoxdur və ona görə də məhs bunu seçdim.

- Bildiyimizə görə qızınız Aysun da imtahandan keçib.

- Bəli, o da daxil olub. Amma o, Kooperasiya kollecinə. Aysun orta məktəbin 9 illik təhsili oxuduğuna görə ali məktəbə sənəd verə bilməzdi. Oranı bitirdikdən sonra həmin kollecin Kooperasiya universitetində ali təhsil alacaq.

- Belə bir söz eşitmişik ki, həbsxanada olan məhkumlara mahnı həsr etmisiz. Doğrudurmu?

- Bəli, doğrudur. Həm həbsdə olanlara, həm də Vətənimizin qulluğunda duran əsgərlərimizə mahnı bəstələmişəm. Sözləri və musiqisi özümə aiddir.

- Yeni nə kimi lahiyələr var?

- Azərbaycanda "Bivəfa" mahnısı ilə tanındım. İstiyirəm Türkiyədə də məni o mahnı ilə tanısınlar, ona görə də "Bivəfa"nı yenidən aranjeman edəcəyik və hətta üç formada oxuyacam, klip belə çəkdirəcəyik. Bunlar hamısı Türkiyədə baş verəcək.

- Bəs konsert vermək varmı planınızda?

- İnşallah qismət olsa dekabr ayında konsert verməyi planlaşdırıram.

- Əvvəl deyirdiniz ki, Rusiyada yaşayan Gürcüstan vətəndaşı ilə nişanlısız. Sonra isə Türkiyə vətəndaşına ərə getdiyinizi yazdılar. Ailə qurduğunuz insan hansıdır?

- Rusiyada yaşayan gürcüstanlıya ərə getmişəm. Biz bir birimizi çox sevirik. O, mənə çox dayaq oldu çətin günlərimdə, hər zaman yanımda olub.

- Sizin barənizdə hər yerdə yazırdılar ki, axtarışdasınız və nələr-nələr... Sizcə bu təxribat kim tərəfdən olurdu?

- Bilirsinizmi, mən bu barədə artıq danışmaq istəmirəm. Bezmişəm bu söz söhbətdən. O ki qaldı kim tərəfdən yayılıb şayələr? Məncə bunu artıq hamı bilir. Mənim deməyimə ehtiyac yoxdur. Ən əsası odur ki, mən vətənimdəyəm, sağ-salamatam, mənə heç nə olmayıb. Demək ki, bütün bunlar yalan idi... (gülümsəyir).

- Aysun bu yaxınlarda özünün yeni geyim kolleksiyasını üzə çıxaracaq. Bu barədə nə deyə bilərsiniz?

- Qızım bunun baş verməsini çox istəyir və səbirsizliklə gözləyir. Allahın köməkliyi ilə də bunu edəcəyik.

- Bəs bu defilede kimlərin iştirakı nəzərdə tutulub?

- Bu barədə məncə siz Aysunun özü ilə danışın. O, sizə daha ətraflı məlumat verəcək, mən bir bunu deyə bilərəm ki, Tolik ilə birlikdə nəsə möhtəşəm bir gecə planlaşdırırlar.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.