Şou-biznes

Əməkdar artist pəhriz saxlamadan necə formada qalmağı bacarır?

6 Sentyabr 2013 17:02
3 Şərh     Baxış: 1 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Hüsniyyə Mürvətova səhnəmizin ən ideal bədən quruluşuna sahib olan tanınmışlarındandır
Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, aktrisa dərgilərin birinə müsahibəsində heç vaxt pəhriz saxlamadığını deyib.

Formada qalmağının sirrini açan Hüsniyyə yemək bişirə bilmədiyini etiraf edib:

"Daha çox maraqlı, qeyri-adi təamları sevirəm. Anamın bişirdikləri mənim üçün ən dadlı yeməkdir. Bir də kababı xoşlayıram. Balqabağı və ondan hazırlanan yeməkləri heç yemirəm.

Bazarlığa getmirəm. Bu işi anam görür. Evdə meyvə mütləq olmalıdır. Yayda soyuducumuzdan qarpız və üzüm əksik olmur. Bir də ət mütləqdir.

Heç bir pəhriz saxlamıram. Həm də mən az yeyirəm və heç zaman da kökəlmirəm. Bir də şirniyyata meylli deyiləm, arada tort yeyərəm.

Yemək bişirməklə heç aram yoxdur. Heç vaxtda xörək hazırlamıram".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.