Şou-biznes

Xəyanət Azərbaycanın tanınmış aparıcı cütlüyünü ayırdı - YENİLƏNİB - FOTO

27 Avqust 2013 22:28
194 Şərh     Baxış: 139 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
22:28

"Saytlara girib özüm haqqında cəfəngiyyat, böhtanları oxuyanda danışmağa məcbur oldum".

Milli.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri "Facebook" hesabında boşanması ilə bağlı teleaparıcı Azər İsmayılov yazıb. O, həmkarı Vüsalə Əlizadə ilə evlənməsini həyatının ən böyük səhvi olduğunu etiraf edib:

"Bütün bunlara son qoymaq üçün açıqlama verirəm və həmkarlarımdan xahiş edirəm ki, artıq bu haqda məlumat yazmasınlar. İlk gündən böyüklərimin razılığı olmadan o xanımla ailə qurdum, indi başa düşdüm ki, böyüklərin sözünə qulaq asmayan böyürə-böyürə qalar. O xanımla evlənməklə həyatımın ən böyük səhvini etsəm də, qazandığım gül bala bir qızım oldu. Bundan sonra hər zaman pis günündə, yaxşı günündə də qızımın yanındayam. O xanımın yolu açıq olsun".

--------
17:41

Milli.Az-ın əldə etdiyi məlumata görə, Vüsalə İsmayılova boşanma ərizəsi ilə bir ay əvvəl məhkəməyə müraciət edib.

---------
11:22


Milli.Az anspress-ə istinadən xəbər verir ki, Azər İsmayılovun səhifəsində yazdığı statuslardan onların boşanmasına səbəbin Vüsaləyə xəyanət etməsi olduğu bəlli olur.

"Həyatda xoşbəxtlikdən başqa hər bir şeyə nail oldum. İnsan gərək xoşbəxtliyini ehtirasına qurban verməsin....

Mən körpə balamdan ayrılıram, çox üzgünəm... Həyatım, niyə belə oldu, bilmədim. Dərdim böyükdü..."

---------
09:51

Milli.Az xəbər verir ki, teleaparıcılar Azər İsmayılovVüsalə İsmayılova  boşanıblar. Bu barədə Azər öz Facebook səhifəsində yazıb.

O bunu iki kəlmə ilə elan edib: "Mən boşandım".

Nəzərinizə çatdıraq ki, Azər və Vüsalə 2007-ci ildə ATV telekanalında tanış olublar. Təxminən 5 il öncə isə ailə həyatı qurublar. Sonra Xəzər TV-də çalışmağa başlayıblar, amma bir müddət sonra efiri tərk edən cütlük sadə həyata üstünlük verib.

Ötən ayların birində isə belə bir xəbər yayıldı ki, onlar yenidən efirdə birlikdə görünəcəklər.

Onu da nəzərinizə çatdıraq ki, İsmayılovların Dilək adlı qızları var.

Ceyhun Ələkbərov
Milli.Az


----------
10:56

Böyütmək üçün şəkillərə klikləyin.



-----------
09:51

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.