Şou-biznes

Xalq artistinin adı yeni qalmaqalda

14 Avqust 2013 17:08
2 Şərh     Baxış: 1 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən nə danışdığımı yaxşı bilirəm"

Milli.Az xəbər verir ki, bu gün Xəzər TV-də yayımlan səhər verilişində qonaq olan Azərbaycanın xalq artisti Səməd Səmədov dediyi sözlərin təhrif olunmasından bərk narahatdır.

Əməkdaşımızla söhbətində onu qınayan insanlara cavab verən Səmədov fikirlərini belə izah etdi: "Verilişdə müğənni Emma Ələkbərzadə ilə iştirak edirdim.

Aparıcıların yay istirahəti ilə bağlı verdiyi suala cavab olaraq Emma dedi ki, o, Kaliforniyada dincəlməyi üstün tutur. Mən də Antalyada olduğumu demişdim.

Arzularımdan birini dilə gətirdim ki, məmnuniyyətlə, Kəlbəcərdə də istirahət edərdim. Kimlərsə məni qalmaqala sürükləyib, Kəlbəcərin ermənilərin işğalı altında olmasından xəbərsiz olduğumu deyirlər.

Mən nə danışdığımı yaxşı bilirəm. Bu, mənim ən böyük istəyimdir ki, Kəlbəcər də daxil olmaqla bütün işğal altında olan torpaqlarımız azad olsun. Söz verirəm, Kəlbəcərdə ilk konserti özüm verəcəyəm. Ona görə adımı mənasız qalmaqallarda hallandırmayın".

Şahin Cavadsoy

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.