Şou-biznes

Xalq artistinin evini taladılar? - YENİLƏNİB

14 Avqust 2013 16:35
1 Şərh     Baxış: 4 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Arif Babayev evində oğurluq edilməsindən xəbərsizdir


16:35


Bu barədə xalq artisti özü AzNews.az əməkdaşı ilə söhbətində bildirib. Xalq artistinin sözlərinə görə, Qaxdakı evində oğurluq edilməsi ilə bağlı onda heç bir məlumat yoxdur:

"Bu barədə məlumat yalandır. Evimdə oğurluq olmayıb, heç nə aparmayıblar. Nə var ki, nə aparalar? Mənim xəbərim yoxdu, yalan demiş olaram ki, evdə oğurluq olub. Yox bir, 10 kilo qızıl, 20 kilo brilliant aparıblar. Orada mənim bir neçə otaqdan ibarət kiçik evim var. Maraqlanaram görüm nə baş verib".

Xalq artısti Qax rayon Polis Şöbəsinin evdə oğurluq olması ilə bağlı məlumatı təsdiqləməsindən də xəbərsiz olduğunu deyib: "Polis nə deyib ki? Mən bilmirəm, xəbərim yoxdu. İndi öyrənim görüm nə məsələdir?"

---------
15:42

Azərbaycanın xalq artisti Arif Babayevin evindən oğurluq edilib. Milli.Az Lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında A.Babayevin Qax rayonunun Qaxbaş kəndində yerləşən bağ evinə girən naməlum şəxs və ya şəxslər evdən 1 ədəd televizor və dvd-ni aparıblar.

Hadisə ilə bağlı polisə ilk məlumatı xalq artistinin qonşusu Məmmədov Cavad Camal oğlu verib. Lent.az-ın əldə etdiyi məlumata görə, C.Məmmədov xalq artistinin qonşusudur və evinə nəzarət etməyi ona tapşırıbmış.

Qax rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, Arif Babayevin bağ evi Ağçay çayının yaxınlığındakı yeni yaşayış massivində yerləşir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.