Şou-biznes

Türk müğənnisi Bakıda yekun konsertini verdi - FOTO

14 Avqust 2013 15:25
0 Şərh     Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, əməkdar artistlər Aybəniz Haşımova və Elza Seyidcahanla eyni səhnəni bölüşüb.

Milli.Az xəbər verir ki, türk müğənnisi Başkalın "Qarabağdan Anadoluya könül körpüsü" layihəsinin təqdim etdiyi "Birlik və bərabərlik" adı altında gerçəkləşən konsert proqramının ötən gün Dövlət Mahnı Teatrında yekunu oldu.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və hacı Səbuhi Rəcəbin təsis etdiyi "12 May" Groupun birgə həyata keçirdiyi konsert proqramında ictimai-siyasi və mədəniyyət xadimləri iştirak edirdilər.

Millət vəkili Qənirə Paşayeva açılış edərək Başkalın bölgə konsertlərindən, ona göstərilən diqqətdən, eləcə də türk sənətçisinin Azərbaycana olan sevgisindən söz açdı. Sonra müğənnini səhnəyə dəvət edib "Tərtər rayonunun fəxri sakini" diplomunu ona təqdim etdi.

Ardından Azərbaycan Respublikası Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edib.

Başkal bəy Türkiyədən onunla birgə gələn musiqiçilər Ali Bedəl, Kasım Efe Kutlu, Ahmet Ali SelçukMurat Gülərin müşayiəti ilə repertuarında yer alan vətənpərvər mahnıları tamaşaçılara təqdim edib.

Arada ifasına fasilə edərək əməkdar artistlər Elza Seyidcahanı, Aybəniz Haşımovanı və Nuriyyə Hüseynovanı da səhnəyə dəvət etdi.

Hər üç sənətçimiz öz ifaları ilə türk sənətçisini heyran qoyublar. Eləcə də hazırda Türkiyənin Afyon şəhərində Konservatoriyada uzun illərdir pedaqoq kimi çalışan Natiq Rzazadənin fortepianoda, Namiq Rzazadənin tarda müşayiəti ilə "Bülbüllər" qrupunun solistləri Zülfi Əsədzadə Emil Hüseynzadə səhnədə çıxış ediblər.

Aybəniz xanım türk sənətçisinə korifey sənətkar Şövkət Ələkbərovanın mahnılarından ibarət disk təqdim edib. Ardından sənətçilər bərabər "Çırpınırdı Qara dəniz" və "Daşlı qala" mahnılarını ifa ediblər.

Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva sənətçilərə gül dəstələri, Başkal bəyə və musiqiçilərinə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və "12 May" Groupunun adından yadigar hədiyyələr təqdim edib.

Türk sənətçisi Azərbaycanda olduğundan məmnunluq duyduğunu və yenidən ölkəmizə səfər etmək arzusunda olduğunu ifadə edib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.