Şou-biznes

Azərbaycanlı müğənni: "Saçımın telindən tutmuş, dırnaqlarıma qədər..."

13 Avqust 2013 20:42
1 Şərh     Baxış: 1 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Elçin Cəfərov hər zaman baxımlı olmağı xoşlayır.

Axşam.az-ın məlumatına görə, sənətçi son səfəri zamanı Türkiyədən alış-veriş etdiyini, bütün qarderobunu yenilədiyini deyib:

"Bu yaxınlarda dostlarımla birlikdə Türkiyəyə istirahətə getmişdim. O ki var bazarlıq etdim. Bir sözlə, bütün qarderobumu yenilədim. Xərclədiyim pulun miqdarını da unutdum. Hər zaman xarici görünüşümə önəm verirəm, baxımlı görünməyi xoşlayıram. Saçımın telindən tutmuş, dırnaqlarıma qədər hər amilə diqqət yetirirəm. Öz zövqümə inandığımdan heç bir stilistin köməyinə ehtiyac qalmır".

Elçin manikür-pedikürü sevmədiyindən də danışıb:

"Kişi müğənnilərimizin əksəriyyəti manikür-pedikürü sevir. Buna pis baxmıram, amma mən xoşlamıram. Əgər kimsə mənim dırnaqlarıma toxunsa, özümü çox narahat hiss edərəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.