Şou-biznes

Müğənni aparıcını canlı efirdə şoka saldı - VİDEO

13 Avqust 2013 16:41
4 Şərh     Baxış: 2 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni qolundakı çox bahalı saatını canlı efirdə aparıcıya hədiyyə edib

"Space" telekanalının "Etiraf" verilişində tanınmış müğənni Cavanşir Məmmədov verilişin aparıcısına canlı efirdə çox bahalı hədiyyə verib. Anspress-in məlumatına görə, müğənni canlı efirdə öz qolundakı çox bahalı brilliant qaşlarla bəzədilmiş, altı ölkənin saatını göstərən qızıl saatı çıxararaq aparıcı İlham Mirzəyevə hədiyyə edib. Verilişdən sonra aparıcı İlham Mirzəyev belə bahalı hədiyyəni qəbul etməsinin səbəbini açıqlayıb.

"Mən elə bahalı hədiyyəni qəbul etmək istəmirdim. Cavanşir Məmmədov israr edincə, canlı yayımda onun sözünü yerə sala bilmədim. Hədiyyəsinə görə təşəkkür edirəm ona", - deyə İ.Mirzəyev bildirib.

Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ