Şou-biznes

Türk müğənnisinin Azərbaycan konsertləri davam edir - FOTOSESSİYA

13 Avqust 2013 15:33
Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, növbəti dəfə əməkdar artist Elza Seyidcahanla eyni səhnəni paylaşıb

Miilli.Az xəbər verir ki, Azərbaycanda silsilə konsert proqramı ilə çıxış edən türk müğənnisi Başkal ötən gün Gəncə şəhərində məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkünləri sevindirib.

Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayon qərargahında baş tutan konsertdə millət vəkilli Qənirə Paşayeva, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, "12 May" Groupun təsisçisi və rəhbəri hacı Səbuhi Rəcəb və digər ictimai xadimlər iştirak edirdilər.

Tamaşaçıları salamladıqdan sonra sənətçi repertuarında yer alan sözləri və musiqisi özünə aid "Ah, Qarabağ", "Şəhidlər ölməz", "Oğlum", "Çanakkale", "Kərkük türküsü" və s. mahnıları ifa etdi. Ardından əməkdar artist Elza Seyidcahanı səhnəyə dəvət etdi. Sənətçilər əvvəl "Qubanın ağ alması" və "Daşlı qala" Azərbaycan xalq mahnılarını ifa etdilər. Ardından E.Seyidcahan repertuarından sözləri Cavidə aid "Üzülmə", "Oğlan" və sözləri Qənirə Paşayevaya aid "Azərbaycan odası"nı ifa edib.

Daha sonra heyət proqram çərçivəsində Tərtər rayonuna yola düşüb. Konsertöncəsi millət vəkili Qənirə Paşayeva, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, "12 May" Groupun təsisçi-rəhbəri hacı Səbuhi Rəcəb, sənətçilər Başkal, Elza Seyidcahan və İcra Hakimiyyətinin bir neçə nümayəndəsi N saylı hərbi hissəyə təşrif buyurub, zabit və əsgər heyəti ilə görüş keçiriblər. Görüş zamanı zabit və əsgərlərə xatirə olaraq Qənirə xanımın kitabları hədiyyə edilib.

Səhnəyə gələn sənətçiyə icra başçısı tərəfindən Türk Dövlətlərinin bayraqları və Dədə Qorqudun əksi təsvir edilmiş rəsm əsəri, Azərbaycanın bayrağı və əzmkarlıq rəmzi olan simvolik bıçaq təqdim edilib. Sənətçi mahnıları ilə tamaşaçılarda coşqu yaradıb. Eləcə də Elza Seyidcahanla səhnədə əvvəl Azərbaycan mahnılarından ibarət bir neçə duet ifa edib. Konserti əməkdar artist Elza Seyidcahan yekunlaşdırıb.


Qeyd edək ki, türkiyəli müğənni millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və hacı Səbuhi Rəcəbin təsis etdiyi "12 May" Groupun dəvəti ilə vətənimizə təşrif buyurub.
 

"Qarabağdan Anadoluya könül körpüsü" layihəsinin təqdim etdiyi "Birlik və bərabərlik" adı altında gerçəkləşdirilən türk sənətçisinin bu gün Bakıda Mahnı Teatrında saat 20:00-da yekun konserti baş tutacaq.

Şahin Cavadsoy

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.