Şou-biznes

Azərbaycanlı müğənni: "Onları görəndə dəli oluram"

13 Avqust 2013 13:51
1 Şərh     Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Xəyyam Nisanovun sürünən heyvanlara qarşı fobiyası olduğu ortaya çıxıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, qorxularından danışan sənətçi qarajına ilan atdıqlarını deyib:

"Sürünən heyvanlara və siçana qarşı fobiyam var. İt, pişik görəndə dəli oluram. Uşaq vaxtı rayonda meşədə gəzərkən qarşıma çıxan bir it məni dişləmişdi. O vaxtdan itlərdən qaçıram. Bir də ilandan çox qorxuram. Hətta bir dəfə evimin həyətindəki qarajda ilan görmüşdüm. Ora elə yer idi ki, ilanın içəri girməsi mümkünsüz idi. Bircə dəlik belə tapmadıq. Şübhələndim ki, kimsə qəsdən atıb. Həmin gündən o məhlədə yaşamadım. Evi satıb, başqa yerə köçdüm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.