Şou-biznes

Rəqqasə Oksananı atası sənətdən ayırdı

13 Avqust 2013 10:03
1 Şərh     Baxış: 2 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rəqqasə Oksana Rəsulova sənətdən uzaqlaşmaq məcburiyyətində qalıb.

Axşam.az-ın məlumatına görə, onun başı atasının xəstəliyinə qarışıb:

"Atam xəstə idi, əməliyyat olundu. Ona görə bir az yaradıcılıq işlərinə ara verdim. İndi səhhəti düzəlib, mən də işlərimin başına dönürəm".

Rəqqasə üç seriala dəvət aldığını və payızda Hindistana yola düşəcəyini deyib:

"İkisi Azərbaycanda, biri isə Hindistanda çəkiləcək. Yeni mövsümdən hər üçündə rol alacam. Noyabra kimi Hindistana gedib, müqavilə imzalamalıyam. Maraqlı olacağına əminəm. Burada eyni zamanda bir neçə verilişdə aparıcılıq təklifi aldım, amma imtina etdim. Mənim üçün əsas olan aktrisalıqdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.