Şou-biznes

Rusiya estradasının "sonuncu romantiki" Valeri Meladze Bakıda konsert verəcək - VİDEO

13 Avqust 2013 10:00
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xəbər verdiyimiz kimi, bu ilin payızında Bakıda populyar rus sənətçisi, Rusiyanın əməkdar artisti Valeri Meladzenin konserti keçiriləcək.

Özünəməxsus ifaçılıq qabiliyyətinə, qeyri-adi tembrə və diapazona malik "sonuncu romantik" Valeri Meladze Rusiya estradasında ən populyar ifaçıların onluğuna daxil olan sənətçilərdəndir.
 

Romantik, temperamentli sənətçi obrazını yaradan, dedi-qodulara, skandallara qoşulmayan V.Meladzenin hər yeni işi - 7 uğurlu albom, 20-dən artıq videoklip, Rusiyada və xarici ölkələrdə keçirilən minlərlə konsert - Rusiya estradasında hadisə kimi qəbul edilir və publikanın böyük marağını qazanır.
 

Rusiya estradasının ən yüksək mükafatlarını ("Ən yaxşı ifaçı" və "Ən yaxşı duet" nominasiyaları üzrə MUZ TV-nin mükafatı, "Ən yaxşı mahnı" nominasiyası üzrə MTV Rusiya Musiqi Mükafatı ("MTV Russia Music Awards") qazanan, RF əməkdar artisti fəxri adı ilə təltif olunan sənətçi 20 ilə yaxındır ki, bir-birindən maraqlı mahnılarla diqqət mərkəzində qalmağı bacarır.
 

Valeri Meladzenin 19 noyabr 2013-cü il tarixində Heydər Əliyev Sarayında baş tutacaq "20 məhəbbət hekayəsi" adlı yeni konsert proqramına müğənninin ən məşhur mahnıları və yeni kompozisiyaları daxildir.
 

Valeri Meladzenin Bakı konsertinin biletlərini artıq şəhərin bütün mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz. Biletləri online şəkildə sifariş etmək də mümkündür.


Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.