Şou-biznes

Elzaya beş min pul ödədi

12 Avqust 2013 16:39
0 Şərh     Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Ramal İsrafilov əməkdar artist Elza Seyidcahanla bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, sənətçi Elzanın "Mənə ayrılığı sən öyrətdin" mahnısını ifa edib.

Ramal "Xəzər" telekanalında yayımlanan "Star life" verilişinə açıqlamasında mahnının onun ifasında maraqlı alındığını deyib:

"Bu mahnını Elza xanımdan bir il bundan əvvəl almışam. Çox xoşuma gəlib. Bundan sonra "Mənə ayrılığı sən öyrətdin"i başqaları da ifa etmək istəyəcək. Buna etiraz etməyəcəm. Amma mənim ifamda daha maraqlı alınıb. Elza Seyidcahan hər zaman fərqli bəstəkar olub. O qədər dərin düşüncəli olmalısan ki, onu hiss edəsən. Sənətçilər qaçır Türkiyəyə 6-7 min ödəyib, mahnı aranjman etdirir. Mənsə elə Bakıda bunu üç minə həyata keçirdim".

Ramalın sözlərinə görə, bəstəni əməkdar artistdən 5 min manatdan baha alıb.

Elza Seyidcahan isə, öz növbəsində, hər zaman fərqli mahnılar bəstələdiyini bildirib:

"Bəstələrim hər zaman fərqli və maraqlı olur. Bu bəstə də müzakirələrə səbəb olacaq. Burada istifadə etdiyim sözlər hər kəsin ürəyindən keçən, amma heç vaxt mahnılarda istifadə olunmayıb. Bundan sonra ya gərək daha gözəl mahnı yazım, ya da heç nə bəstələməyim".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.