Şou-biznes

Türk müğənnisi Azərbaycanda konsertlər verir - FOTOSESSİYA

12 Avqust 2013 15:30
2 Şərh     Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, əməkdar artist Elza Seyidcahanla eyni səhnəni bölüşür.

Milli.Az xəbər verir ki, ötən gün Türkiyənin tanınmış sənətçisi, "Ah Karabag" əsərinin müəllifi və ifaçsı Başkal millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və "12 May" Groupun dəvəti ilə Azərbyacana gəlib.

Sənətçinin ölkəmizə gəlişinin səbəbi "Qarabağdan Anadoluya könül körpüsü" layihəsi çərçivəsində "Birlik və Bərabərlik" adı altında konsert proqramı ilə azərbaycanlı bacı-qardaşlarının qarşısında konsert proqramı ilə cıxıs etməkdir.

Bu munasibətlə Heydər Əliyev Hava Limanından birbaşa ön cəbhə rayonlarımızdan biri olan Tovuz rayonuna yollanan türk sənətçisi ilk olaraq orada geniş konsert proqramı ilə çıxış edib. Başkal bəy səhnəni Azərbaycanın əməkdar artisti Elza Seyidcahanla bölüsub.

Konsertdə millət vəkilləri Qənirə Paşayeva, Etibar Hüseynov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, "N" saylı hərbi hissənin polkovniki Mayıs Bərxudarov, "12 May" Groupun təsisçisi hacı Səbuhi Rəcəb və digər ictimai xadimlər iştirak ediblər.

Həm Başkal bəyin solo ifalarını, həm də sənətçilərin duetlərini Türkiyədən gəlmiş musiqiçilər müşayiət ediblər.

Bu "12 may" Groupun Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB ilə artıq ikinci dəfə birgə təşkil etdikləri tədbirdir. Bundan əvvəl Group "Gövhar" Group adı ilə İctimai Birliklə birgə iyunun 22-si daha bir türk sənətçisi Mustafa Yıldızdoğanın konsertini təşkil etmişdilər.

Groupun təsisçisi hacı Səbuhi Rəcəbin bildirdiyinə görə, bundan sonra da Qənirə xanımın rəhbərlik etdiyi İB-lə birgə bir çox layiqli layihələrə imza atacaqlar. Təsisçi bununla dövlət qarşısında vətəndaş borclarını ödədiklərini vurğulayıb.

Başkal və Elza Seyidcahan konsertləri bu gün Gəncəbasar bölgəsində baş tutacaq.

Şahin Cavadsoy

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.