Şou-biznes

Braziliya karnavalına hazırlaşan müğənni Elnur: "Adı sirdir"

12 Avqust 2013 14:24
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Elnur Braziliyada keçiriləcək ənənəvi karnavala qatılmaq niyyətindədir.

Bu barədə ifaçı Axşam.az saytına açıqlamasında özü bildirib.

"Hindistan və Braziliyaya getmək istəyirəm. Bir arzum var ki, dünyanın yeddi möcüzəsinin hamısını görüm. Bir neçəsini artıq gəzmişəm. Bu ayın sonunda Hindistana - Tac Mahalı görməyə gedəcəm. Braziliya səfərimi isə karnaval ərəfəsinə saxlamışam. Oranın məşhur karnavallarında iştirak etməyi çox istəyirəm. Yaxın günlərdə yenidən Amerikaya yollanacam. Bilirsiniz ki, orada klip çəkdirmişəm. Klipdə bir çox ştatlardan görüntülər var. İndi Manhettendəki çəkilişləri tamamlamaq lazımdır", - deyə o bildirib.

Elnur İntiqam Ehtiram qardaşları ilə duet oxuduğunu da qeyd edib:

"Çox maraqlı və fərqli bir duet hazırlamışıq. Adını sirr saxlayırıq. Mahnını kliplə birlikdə təqdim edəcəyik. Bu, şou-biznesdə əsl yenilik olacaq. Dinləyicilər meyxananın tam fərqli formasını görəcəklər".

Milli.Az
 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.